Müəyyən etmək, qarşısını almaq, inkişafına mane olmaq

Home/Xəbərlər/Müəyyən etmək, qarşısını almaq, inkişafına mane olmaq

Söhbət uşaq serebral iflicindən (USİ) gedəcək, bu xəstəlik bir sıra əlamətlərlə müşahidə olunur. Onlardan əsaslarına hərəkətlərdə pozğunluq və əzələ.sərtliyi (spastikliyi) aiddir. Xəstəliyin səbəbi – beyinin inkişafında olan qüsurlardlr ki, bu da hamiləlik fəsadları, doğuş və doğuşdan sonrakı zədələrlə əlaqədar ola bilər.

Xəstəlik müxtəlif şəkildə özünü göstərə bilər – bu da onun vəziyyətinin ağırlığından asılıdlr. Bəzi uşaqlar ömrü boyu başqalarının köməyinə ehtiyac duyurlar, başqaları isə xüsusi alətlərin köməyi ilə hərəkət edə bilirlər. Bəziləri isə xəstəliyin yüngül forması olduğunda tam müstəqil ola bilərlər.

USİ zamanla inkişaf etməyə bilər, amma müalicə olmadıqda müəyyən əlamətlərin xarakteri dəyişə bilər – əzələlərin yığılması, onların «sərtliyi»güclənir.

USİ – nin spastik forması nə deməkdir?

Əzələ tonusunun pozulma növünə görə xəstəlik bir neçə formaya bölünür. Onlardan ən geniş yayılanı – spastik formadır ki, o da USİ – dən əziyyət çəkən uşaqların 60 faizində müşahidə olunur. Süstlük halları, əzələ elastiksizliyi formasında özünü göstərir. Sərtlik bu orqanlarda ola bilər:

  • İki əl və ayaqda;
  • Ayaqlarda ələ nisbətən daha cox;
  • Bir əldə və ayaqda(sag və ya col tərəf)
  • Cox nadir hallarda ayagı və bədənin aşagı hissəsi

Zədələnmiş əzalar zəif inkişafı ilə, hərəkət məhdudluğu ilə fərqlənir. Bəzi hallarda uşaq ziqzaq formasinda irəliləyir, yəni bir ayağı o birinə dolaşır, qaycı yeriyişi edir. Bəzən ayaq barmaqlarının ucunda gəzə bilər.

Xəstəlik görmə qabiliyyətinə təsir edə bilər, cəplik, hərəkətli gözlər və sairə problemlər ola bilər.

Spastik serebral iflicin ən cox yayılmış səbəbi – doguş fəaliyyəti zamanı beyinə lazımi miqdarda oksiğen getməməsi səbəbləridir.

USİ – nin yüngül forması olduqda – sadəcə ayaqlara təsiri olur, uşaq zamanla gəzməyə başlayır və ilk addımlarını ayaq barmaqları üstündə edir. Daha agır hallarda – əllərdə və ayaqların yuxarı hissələrində hərəkət qabiliyyəti pozulmuş olur, uşaqlar cox gec gəzməyə başlayırlar və ya hec gəzmirlər. Xususi agır zədələnmələrdə uşaq hec hərəkət edə bilmir.

Spastik serebral iflic diaqnostikası

Spastik serebral iflic diaqnostikasının əsas metodu –  beyinin MRİ prosedurudur. Müayinəni bu uşaqlar edə bilər: vaxtından əvvəl dogulmuşlar, az cəkili olanlar, dogulduqdan sonra inkubatora kecirilənlər, oz yaşıdlarında inkişafda geri qalanlar, həmcinin doguşu agır kecənlər və ya ana hamilələiyi problemli olanalar, məsəslən ana hər hansı xəstəlik kecirmişsə.

Problemi vaxtında görmək lazımdır.

Uşağın inkişafında müəyyən catışmamazlıqlar gördüyünüz zaman həkimə müraciət etməyi gecikdirməyin. USİ – dən əziyyət cəkən uşaqların coxu agır agıl catışmamazlıgına malik deyillər, bu da onlara normal yaşamağa, adi məktəbə getməyə imkan verir. Digərləri isə hər zaman fizioterapevtik prosedurlara ehtiyacları vardır, gündəlik hərəkətlərdə məhduddurlar və başqasının köməyi olmadan kecinə bilməzlər. Əsas odur ki hec bir zaman  övladınızı başqa uşaqlarla müqayisə etmək lazım deyildir. Onların coxu hətta xəstəliyin ən agır forması ilə belə təhsil almaga nail olmuşlar və cəmiyyətdə layiqli yerlərini tuta bilmişlər.

Uşaqlarrı serebral iflic olan valideynlərlə ünsiyyət qurun, təcrübələrinizlə bölüşün. Siz öz övladınıza ancaq güclü olduğunuz halda, ugurlu sonluğa inandığınız halda yardım edə bilərsiz. Qızınıza və ya oglunuzu müstəqil olaraq nəsə etməyə həvəsləndirin, ona kömək edin.

Uşaq serebral iflicin tam müalicəsi mümkün deyildir, onun əlamətləri ömür boyu qalır. Ancaq uşağın mobilliyini, müstəqilliyini hər bir valideyn gücləndirə bilər. Acıbadem Altunizade klinikası – USİ diaqnozlu uşaqlara kömək edən müasir coxprofilli tibbi müəssisədir. Coxsaylı şərhlərdən göründüyü kimi, müalicə kursları kecdikdən sonra uşagın agrıları kecir, əzələləri yumşalır və o müstəqil olaraq yeriməyə başlayır. Dünyanın ən görkəmli həkimlərindən biri professor Memet Ozek uşaq serebral iflici cərrahi əməliyyat vasitəsilə müalicə edir. Erkən yaşlarda beyin böyük bərpa olunma qabiliyyətinə malikdir. Ona görə də müalicə nə qədər tez başlarsa, daha cox nailiyyət əldə etmək şansı olur. Klinika xəstələrindən coxu hal – hazırda gəzmək, hətta qacmaq qabiliyyəti əldə etmişlər.