Mədəaltı vəzinin xərcəngi dəqiq hədəfdədir.

Home/Xəbərlər/Mədəaltı vəzinin xərcəngi dəqiq hədəfdədir.

Təhlükəli xəstəliklərlə yeni mübarizə metodları axtararkən və xəstələrinin həyatı ugrunda hər dəqiqə mübarizə apararkən bütün dünyada məşhur olan klinikalar şəbəkəsi Acibadem Healtchare Groupun mütəxəssisləri mədəaltı vəzi xərçənginin müalicəsində möhtəşəm nailiyyətlər əldə etmişlər. Bu təhlükəli xəstəlik uzun müddət özünü biruzə vermir, sonra isə sürətlə inkişaf edir və yalnız terminal mərhələsində diaqnostika olunur. Lakin təbabət də yerində saymır: yeni nailiyyətlər həyatı uzatmağa, onun keyfiyyətini qaldırmağa və hətta bədxassəli şişliyi məhv etməyə imkan verir.

Radiasiya onkologiyası professoru, tibb elmləri doktoru Banu Atalar MR Linac metodunun köməyi ilə bu yaxınlaracan müalicə olunması mümkun sayılmayan şişliklərin aradan qaldırmaga və xəstəni tam bir həyata qaytarmağın mümkünlüyündən bəhs edir. O əmindir ki, yaxın gələcəkdə bu metodu başqa şişliklərə, hətta cərrahi yolla müalicəsi mümkün olmayan şişliklərə də tətbiq etmək mümkün olacaq.

Türk klinikasında tətbiq olunan yeni,hal – hazırda analoqu olmayan aparat  MR Linac, bu qorxulu xəstəliklə mübarizədə yeni bir nailiyyət olmuşdur.  “MR Linacin tətbiqi digər metodlara nisbətən daha çox üstünlük təşkil edir, xəstənin tam sagalamasi üçün şanslari artır” onkoloqiya sahəsində mütəxəsssis olan Banu Atalar şərh edir və onları saymaga başlayır.

Dəqiq hədəfə doğru

“Şişlik hərəkət edən hədəfə bənzəyir və bu hədəfi şüa ilə dəqiq nişan alıb vurmaq lazımdır”- tibb xadimi şərh edir. Şüa istənilən nöqtəyə düşə bilər, eyni zamanda sağlam toxumalara da, və cox zaman standart radio terapiyada belə də olur.  MR Linac aparatı real zaman rejimində maqnitik – rezonans skanlama edir, həkim şişliyin sərhədlərinin dəqiq görür və radioterapiya aparılacaq sahəni təyin edir. Aparat nəfəs alma zamanı və ya hamar əzələnin qeyri – ixtiyari daralması zamanı hərəkəti izləyir və onun hədəf altından cıxdığı zaman təsirini kəsir. Belə olan halda saglam toxumaların zədələmək təhlükəsi minimuma endirilir, müalicə zamanı isə azaldılmış olur.

Xəstə – aktib köməkcidr.

“ Müalicə prosesi xəstənin və həkimin qarşılıqlı əlaqəsi sayəsində yerinə yetirilir”. – professor Banu Atalar şərh edir. Prizmatik eynəyi geymiş xəstə monitorda baş verənləri müşahidə edir, və öz nəfəsini tənzimləməklə şüanın şişliyə təsir etməsinə yardım edir. Nəticədə bu da müalicənin effektliyini artırır və vaxtını azaltmağa kömək edir.

Hər şey nəzarət altındadır

Onlayn rejimdə şişliyi, onun yerini dəyişməsini müşahidə etmək  MR Linac aparatının ən böyük üstünlüklərindən biridir. Bundan əvvəl tətbiq olunan metodlar buna imkan vermirdisə, bu müasir aparat ürək döyünməsi, nəfəs zamani, bagırsaqlardan qaz kecişi zamanı olan dəyişiklərdən sonra belə şişliyin yerini təyin edir.

 Yanılmadan verilən dəqiq doza

“Metodun yüksək üstünlüyünün bir səbəbi də lazımı miqdarda şüa dozasının dəqiq hesablanmasıdır” – mütəxəssis məlümat verir. Radiasiya dozasının artırılması onun dəqiq hədəfə yetişdirilməsi sayəsində mümkün olmuşdur ki, bu da saglam toxumaların zədələnməsinı, fəsadların sayınn azalamasını minimallaşdırır.

Müdaxilə prosedurları olmadan

Radiasiya onkologiyası professoru, tibb elmləri doktoru Banu Ataların anlatdıgına əsasən ənənəvi müalicə metodları müəəyyən və kifayət qədər agrılı olan prosedurlarla müşaiyət olunur, məsələn,orqanlar arasında metal plitələrin qoyulması( zədələnmiş yeri müəyyən edir),əsasən də bu yumşaq toxuma şişliklərinə aiddir.  MR Linac aparatının tətbiqi ilə buna ehtiyac qalmır – o özü müstəqil olaraq  şüalanma zonasını lokalizə edir.

Nəticə olaraq Acibadem klinikasının tibb elmləri doktoru Banu Atalar, bir daha MR Linac aparatı ilə müalicənin ən yeni metod olduguna istinad edir. Onu dünyanın digər klinikalarında istifadə olunan aparatlarla müqayisə etsək,  burda vizualizasiya funksiyaları digərlərindən müasirdir. Onu boş yerə « agıllı şüa terapiyası» adlandırmayıblar, cünki MRT skanerin  şüa terapiyası aparatı ilə kombinasiyası  nəinki nəfəslə və ya orqanların və xəstənin özünün  hərəkəti ilə yaranmış istənilən dəyişiklikləri izləməyə imkan verir, o həm də şüanın istiqamətini qaydaya salmaga da imkan verir. Həkim qeyd edir ki, MR Linacın arxasında böyük gələcək var, bu metodika müxtəlif şişliklərin: mədəaltı vəzidə, agciyərlərdə, prostat vəzidə, qarında, metastazlı qaraciyərdə və sair şişliklərin müalicəsində əla nəticə verə bilər. Müalicənin müsbət nəticəsi 90 faiz təşkil edir. Qulluq, reabilitasiya mərasimləri böyük məna kəsb edir,, onların keyfiyyıtinə görə Acibadem klinikalar şəbəkəsi dünya miqyasında liderlər sırasına daxildir.