Şüa terapiyası xərcəngin müalicəsində çox uğurludur

Home/Xəbərlər/Şüa terapiyası xərcəngin müalicəsində çox uğurludur

“Xərçəng”diaqnozu qorxulu səslənir. Bu əsasən hec də ürəkaçmayan statistika ilə tanışlıqdan sonra daha kəskin olur, çünki hər il xəstələnənlərin sayı artır. Amma təbabət yerində durmur: yeni texnologiyalar yaranınır, hansı ki həkimlərə agır xəstəliklərlə müvəffəqiyyətlə mübarizə aparmaga kömək edir.

  Tibb elmləri doktoru, professor, yüksək kateqoriyalı həkim Ufuk Abacıoglu “Radiasiya onkologiyası” İstambul Tibbi Fakültəsini bitirmişdir, necə ildir ACIBADEM klinikasında işləyir,onun hesabında minlərlə sagalmış xəstə vardır. Şüa terapiyası üzrə Türkiyənin ən yaxşı mütəxəssislərindən biri, bu terapiyanın xərcəngin müalicəsində oynadıgı roldan, onkoloji xəstələrin ömrünü uzatmaga müasir texnologiyaların köməyindən danışır.

 Şüa terapiyasının və cərrahi müdaxilənin köməyilə birbaşa şişliyə təsir göstərilir. İon hissəcikləri olan dəqiq yönəldilmiş şüa bədxassəli hüceyrələri məhv edir, və onlar ləgv edilir. Müasir avadanlıqlar şüanı dəqiq olaraq zədəli zonaya yönəltməyə icazə verir və saglam hüceyrələri onun təsirindən qorumaga imkan verir.

 “Şüa terapiyasını tətbiqi zamanı onun effektliyi şüalanmanın dozasından asılıdır” – professor qeyd edir. “Məsələn, radiocərahiyyədə ablasyon radiasiya terapiyası tətbiq edərək, şişliyi tamam ləgv edirik. Birinci dərəcəli agciyər xərçənginin orqanın 2 sm periferik lokalizasiya müalicəsi 90 faiz hallarda ugurlu kecir. Hərcənd ki bədxassəli hüceyrələrin ləgv edilməsi əməliyyat prosesinə bənzəyir, amma burda risk daha azdır, daha ucuz başa gəlir. Ona görə də hər konkret halda  xəstənin vəziyyətini qiymətləndiririk və müalicə sxemini tərtib edirik”.

  Şüa terapiyasını, xəstənin vəziyyətini və xəstəlik dərəcəsini nəzərə almaqla şişliklərlə və həmcinin metastazlarla  müalicədə istifadə edirik. Kursun inkişafı ilə coxprofilli onkoloqlar heyəti məşgul olur, burda hər həkimin öz rolu vardır. Üc əsas istiqamət vardır: cərrahyə, onkoloji radioterapiya və tibbi onkologiya. Bu heyətə diaqnostiklər, radioloqlar, nüvə təbabəti, tibbi və klinik araşdırmalar üzrə mütəxəssislər, həmcinin fizikacılar və texniklər daxildir.

 Həkim Ufuk Abacıoglu anladır ki, şüa terapiyası düz bagırsagın şişliklərinə effektiv təsir edir. Bu terapiyanın əməliyyatdan öncə tənbiqi, nəticələrin daha yaxşı olmasına kömək edir. Bu 20 ilərzində aparılan təhqiqatlar sayəsində təsdiq olunmuşdur. Düz bagırsagın lokalizə edilmiş xərçənginin diaqnostikası zamanı əməliyyatdan öncə kimyəvi terapiya ilə birlikdə şüa terapiyası təyin olunur. Cərrahi müdaxılədən sonra ehtiyac oldugunda neadyuvant kimyəvi terapiyası da tətbiq olunur.

  Vizualizasiya ücün müxtəlif metodlar vardır – seçim lokalizasiya və xərçəngin növündən asılıdır. KT, PET–KT, maqnit rezonansı tətbiq olunur.  PET–KT texnologiyası istifadə olunmuşsa, metobolik cavabı 3 aydan sonra ala bilərik, amma bəzi növ şişliklərdə müalicə nəticələrini altı aydan sonra müşahidə edə bilərik, bəzən isə bir il gözləmək lazım olur. Yəni beynin xoşxassəli şişlikləri müalicəyə uzun müddətdən sonra reaksiya verir.

  Professor Ufuk Abacıoglu qeyd edir ki, bütün xərçəng xəstəlikləri olan xəstələri müşahidə altında saxlamaq tələb olunur. İlk iki il ərzində həkimə hər 3 aydan bir  müayinəyə getmək lazımdır,  sonra isə 5 ilərzində hər yarlm ildən bir getmək vacıbdir. Ancaq sonra da saglamlıgı diqqətsiz qoymaq olmaz, insan bütün həyatı boyu mütəxəssislərdə yoxlamadan kecməlidir.

   Şüa terapiyasının tətbiq müddəti azalmışdır. 

Həkim Ufuk Abacıoglu bunu böyük bir nailiyyət hesab edir. Məsələn prostat vəzinin lokalizə edilmiş xərcənginin müalicəsi 8 fraksiyanın tətbiqi yolu ilə kecir. Bəzən 5 fraksiyanın tətbiqi kifayətdir ki, xəstənin vəziyyətinə yaxşı təsir olunsun. Son 5 ildə təhqiqatlar aparılır, onların məqsədi –  nəticələri müqayisə etməkdir. Müəyyən olunmuşdur ki, bəzən fraksiyaların sayı daha da az ola bilər. Düşünürəm ki bu meyl getdikcə davam edəcək.

 Şüa terapiyasının müvəffəqiyyəti əsasən xəstəliyin dərəcəsindən asılıdır. Məsəslən bogaz xərçəngi ilk mərhələsində 95 faiz hallarda tam müalicə olunur. Bizim əsas işimiz – insanın həyatını uzun müddətə uzatmaq və həm də onun neyroidrak funksiyasına təsir etməməkdir. Yaxşı nəticələr aldıgımız cox misallar vardır.

 Müalicə digər xəstəliklər – şəkər, ürək – damar xəstəlikləri oldugu zaman cətin olur. Adətən bu hallar yaşlı adamlarda olur və onların müalicəsi bəzi hallarda məhdudiyyət təşkil edir.

 Fəsad hallarının azaldılması kimi bir halı qeyd etmək istərdim. Yeni texnologiyaların köməyi ilə bu hallarla daha az qarşılaşırıq.

  Biz  daima təkmilləşirik, bütün dünya onkoloqları ilə əməkdaşlıq edirik ki, bu da ACIBADEM klinikasına nəinki Türkiyədə, hətta onun xaricində də birincilər sırasında olmaga imkan verir.