Belimizi intertebral disklərin yırtıgından necə qorumalı?

Home/Xəbərlər/Belimizi intertebral disklərin yırtıgından necə qorumalı?

Son illərdə bel nahiyəsi problemlırindən, əsasən intertebral diskin yırtıgı ilə qarşılaşan insanların sayı artmışdır. Bədənin yanlış, kəskin hərəkətləri insan belinə cox da böyük olmayan mikrozədələr vurur ki, zamanla bu da toplanaraq daha ciddi problemlərə gətirib cıxara bilər. Bellə baglı problemlərdən uzaq olmaq ücün bəzi qaydalar vardır ki, bunlara əməl etmək tələb olunur. ACIBADEM klinikasının neyrocərrahı, professor Yunus Aydın, uzanarkən, uzanmış halda və yataqdan durarkən bədənin düzgün vəziyyətdə olmasının vacibliyini qeyd edir.

Uzanmamışdan öncə oturmaq lazımdır.

Acıbademden olan professor yanlış hərəkətlər edən zaman belimizdə nə baş verdiyi barədə danışır: “Əzələlər sıxılmaga başlayır, sümüklərə təsir edir. Bu təsir kicik kəsiklər və nasazlıqlar yaradır, əsas olaraq da onlar onurga diskləri arasında və bel nahiyyəsində olur”. Həkim uzanmaqdan öncə etməli oldugumuz addımları sadalayır və məsləhət görür:

  • “Öncə carpayıya oturmaq lazımdır.
  • Əlləri azacıq uzatmaq və onlarla carpayıya yastlanmaq lazımdır,
  • Sonra dirsəklərə söykənmək lazımdır,
  • Sonra isə ayaqları qaldırmaq və uzanmaq lazımdır.”

Əllərinizlə özünüzə qalxmaga kömək edərkən, belə düşən ağırlığı azaltmış olursunuz

Anlamaq lazımdır ki,insan hər hansı dayaq olmadan uzanarkən, agırlıq birbaşa belin aşagı tərəfinin əzəzlələrinə düşür. Amma məsləhətə qulaq asıb əllərin köməyindən istifadə edərkən, bu ağırlığı aradan qaldırmaq olar. Mütləq qeyd edilməlidir ki, ayağa qalxdıgımız zaman əksinə hərəkət etməliyik. Professor Yunus Aydın xəbərdarlıq edir: “Hətta hal hazırda hec bir problem olmasa da, bu punktların yerinə yetirilməsi belin aşağı hissəsinin sağlamlığını daha uzun müddətə qorumağa imkan verir və onun vəziyyətinin korlanmasını azaldır, axı yanlış hərəkət onurğada və sinirlərdə qan dövranını pisləşdirir.  Bu onurğa kanalının yığılmasına və  ya yırtıq yaranmasına, bəzi hallarda isə hər ikisinə səbəb olur. Bu qaydalara əməl etməklə beli problemli olan insanlar, ağrı hiss etmədən uzana bilərlər.

İntervertebral disk yırtığı yaranmaması ücün nəyi bilmək lazımdır

ACIBADEM klinikasının professoru bildirir ki, gündəlik cətin olmayan hərəkətlər etməklə hər kəs belinin aşağı hissəsinin sağlamlığını qoruya bilər. “Xəstələr doğru uzanmagı öyrəndikləri zaman (bu bir adət və ya vərdiş halına gələrsə), o zaman hərəkət beyində yer alır (axı insan bədəni təkrar hərəkətləri yadda saxlayır). Daha sonra professor əlavə edir: “Profilaktik təbabətdə xəstənin həm xəstələnməməsinə, həm də onun müalicəsinə diqqət yetirmək eyni dərəcədə vacibdir. İntervertebral disk yırtığının müalicəsi həkimlərin vəzifəsinə aid oldugu kimi, bu xəstəlikdən qorunma  vəzifəsi də hamıya aiddir. Əslində ictimai problem olan intervertebral disk yırtığı, ictimai elanlara, hətta milli tədris proqramına daxil edilməlidir. Əlbəttə ki tələbələrə insan bədəni haqqında müəyyən məlumat  verilir, amma onları bədəndən düzgün, ən əsası da təhlükəsiz istifadə etməyi anlatmırlar.

Beyin hərəkəti avtomatik yerinə yetirir.

Ayaga qalaxarkən və ya uzanarkən edilməli olunan hərərkətlər ilk baxışda darıxdırıcı və üzücü görünə bilər. Ancaq azacıq praktikadan sonra hər kəs buna alışa bilər. Professor Yunus Aydın söylədi: “Beyin hər hansı yeniliyi öyrəndiyində, o beyin qabıgını istifadə edir. Bu hərəkət təkrarlandıqca, beyin qabıgı öyrənilmiş elementi beyinə xəbər verir və bu hərəkət avtomatik yerinə yetirilir. Məsələn, insan maşın sürməyi öyrəndiyində, ilk günlər hər addımı haqqında düşünməli olur,amma təcrübəli sürücü isə hər hərəkəti avtomatik yerinə yetirir, hərəkətlərinin nəticəsi haqqında düşünmür”.

Əllbəttə bel ilə problemlər başlamamışdan öncə insanların düzgün uzanıb, yataqdan düzgün qalxmasını öyrənməsi daha vacibdir, ACİBADEM klinikası isə yüksək ixtisaslı həkimləri ilə birlikdə bu işdə kömək edə bilər, məsləhətdən və profilaktikadan tutmuş müalicəyə qədər bütün keyfiyyətli xidmətləri təqdim edə bilər.