Koronovirus onkoloji xəstələrə necə təsir edir?

Home/Ümumi/Koronovirus onkoloji xəstələrə necə təsir edir?

İmza: Professor Aziz Yazar, Tibb elmləri doktoru.

Bütün yer kürəsinə yayılmış və pandemiya adlandırılan Covid-19 adlı xəstəlik, xroniki xəstəlikləri olanlar ücün daha ciddi risk təşkil edir. Beləliklə onkoloji xəstələrə koronavirus necə təsir göstərir? Bu tip xəstələr koronavirusdan necə qoruna bilərlər?

Onkoloji xəstələr Covid-19 ilə daha ehtiyatlı olmalıdırlar!

İlk dəfə SARS-CoV-2 (Covid-19) vasitəsi ilə yaranmış, koronavirus ailəsinin bir növü olan koronavirus infeksiyası, 2019 ilin dekabrında Cində müşahidə edilmişdir, və ordan da bu xəstəlik bütün yer kürəsinə pandemiya səviyyəsinə qədər(bir ölkə və ya qitədən artıq daha cox ərazini əhatə edən infersya) yayılmlşdır. Covid-19 dünya ölkələri ərazisinə tez bir zamanda yayılmışdır və onkoloji xəstələr ücün risk təşkil edir.

Covid-19 xəstəliyinin risk qrupuna kim daxıldır?

Xroniki xəstəliyi olan insanlar ücün koronavirusun təsiri daha ciddidir.(ürək catışmamazlıgı, böyrək catışmamazlıgı, CSOX, qipertoniya, şəkər xsətəliyi və sairə) Bu qrupa, xərcəngin müalicə prosesində olan onkolji xəstələri də əlavə etmək lazımdır. Onkologiya koronavirusa tutulan zaman xəstəxanaya yerləşdirilmə ehtimalını gücləndirir. Həmcinin ölüm riskini də artırır.

Onkoloji xəstələrdə koronovirusun əlamətləri nədir?

Covid-19 əsas əlamətləri qızdırma, güclü yorgunluq, öskürək və tənginəfəslikdir. Xərcəng xəstəliyinə tutulmuş insanlarda da bu cür əlamətlər müşahidə olunur.

Covid-19 onkoloji xəstələrdə tipik axını necədir?

İnsanların coxu Covid-19 xəstəliyindən sagalırlar, xəstəxanaya yatırılması lazım olmadan belə agır və ya yüngül formada keciririlər. Amma onkoloji xəstəliyin oldugu zamanı və ya xərçəngdən müalicə prosesi zamanı, tənginəfəslik və orqan çatışmamazlıgı artır. Bu da xəstəxanaya yatırmaq lazımlıgını artırır, çünki imunitet sistemi bu kimi xəstələrdə zəifdir. Ona görə də ölüm riski artır.

Xərcəngin müalicəsi bitmişsə…

Cox ehnimal ki, bir il öncə müalicəni bitirmiş xəstələrdə imunitet sistemi normal vəziyyətə dönmüşdür. Deməli, onlarda koronavirusun inkişafı riski xərcəng xəstəliyi olmayan insanlardakı kimi olmaq şansı vardır.

Koronavirus xərcəngin müalicəsinə mane olurmu?

Covid-19 xəstəliyi zamanı, əlamətlər itənə qədər xərcəngdən müalicəni dayandırmaq lazımdır. Müalicədə fasilə tez inkişaf edən xərcəng növlərinin inkişafına səbəb ola bilər.

Onkoloji xəstələr koronvirusdan necə qoruna bilərlər?

Bu virusa qarşı peyvənd hələ tapılmamışdır. Hal hazırda efektif olan heç bir tanınmış müalicə metodu yoxdur. Həmcinin onkoloji xəstələr ücün, bütün əhali ücün umumi qəbul edilmiış tədbirlərdən başqa, əlavə heç bir tədbir yoxdur. Bu tədbirlər ibarətdir:

Adam gürlugu olan yerlərdən uzaq olmaq

Evdən uzaqda agız, göz, burun hissəərinə əl vurmamaq

Əlləri tez tez sabunla yumaq

Əlləri yumaq imkanı yoxdursa, onları spirttərkibli dezinfeksiya edən vasitələrlə sürtmək

Tez tez kontaktda oldugunuz əşyaların üstünü dezinfeksiya etmək

Covid-19 şübhəsi varsa…

Covid-19 xətəliyi zamanı karantində olmaq lazımdır ki, başqaları da yoluxmasınlar. Çox su icmək və dincəlmək lazımdır. Həmçinin maska salmaq və xəstələrin təmasda oldugu əşyaların üstünü təmizləmək lazımdır. Xəstənin halının pisləşdiyi halda xəstəxanaya almaq və müalicə etmək lazımdır.