Home/Xəbərlər/COVID-19 ILƏ MÜBARIZƏ SAHƏSINDƏ ACIBADEM YENI ARAŞDIRMALARIN BAŞLANMASI HAQQINDA BƏYANAT VERIR.

COVID-19 ILƏ MÜBARIZƏ SAHƏSINDƏ ACIBADEM YENI ARAŞDIRMALARIN BAŞLANMASI HAQQINDA BƏYANAT VERIR.

Bu günlərdə  bütün dünya alimlərinin qüvvəsi yeni koronavirusdan müdafiə və onun müalicəsi ücün effektiv metodların axtarışına yönəldilmişdir. ACIBADEMin elmi – tədqiqat komandası həmçinin,  geniş miqyasda sürətlə yayılan Covid-19 virusu probleminin həllindən kənarda qala bilməzdi. ACIBADEM Universitetinin alimləri ilə birlikdə və Türkiyə Səhiyyə Nazirliyinin rəhbərliyi altında, Covid-19 virusuna qarşı durmağın metodların axtarışına yönəldilmiş yeni proekt başladıldı.

Koronavirus, insanların sağlamlıgı ücün təhlükə ciddiyətinə və çox yüksək yayılma sürətinə görə, bir çox ölkələrdə az bir müddət ərzində bir nömrəli mövzu olmağı bacarmışdır. Mövzu – minlərlə insan həyatı olduğu üçün effektiv peyvənd və müalicə metodları axtarışları üçün bütün dünya alimləri məşğul olmaqdadırlar. Covid-19 virusundan müdafiə axtarışlarına yönəldilmiş yeni tədqiqatların başlandığı haqqında ACIBADEM Beynəlxalq klinikalar şəbəkəsi də elan edir.

Tədqiqatlara, ACIBADEM Labcell labaratoriyasının müdürü, məşhur  hematoloq, ACIBADEM Altunizade klinikasının beyin transplantasiyası şöbəsinin mütəxəssisi, professor Ercüment Ovalı  rəhbərlik edir. Professor Ovalının sözlərinə görə “bu virusu qalib gəlməyə bizə kömək edəcək silah – xəstələndikdən sonra sağalan xəstələrin qanındadaır”. Koronavirusa qalib gəlmiş xəstələrin qanındakı antikorlar, alimin fikrincə, virus üzərində qələbənin açarıdır, həmçinin intensiv terapiya xəstələri ücün də bu belədir.

Hal hazırda tədqiqatlar 5 istiqamətdə aparılır:

  • Əsas mexanizm kimi, Covid-19 virusuna yoluxma riski ilə qarşılaşmadan öncə sağlam insanlarda immunitet yaratmaq imkanı üçün peyvəndin hazırlanmasıdır. Söhbət peyvəndin atenuid növündən gedir, hansı ki, bilavasitə canlı virusu istifadə edir, bu ilk növbədə risk qrupunda olan xəstələr və tibb işçilərinin müdafiəsi ücün lazımdır.
    (Kütləvi peyvəndləmə ancaq,virusun sintetik parcaları ilə işləyən və hazırlanmasına daha çox vaxt tələb edən rekombinat peyvəndlərin buraxılışı ilə mümkün ola bilər)
  • Virusun müalicəsinə, sagalmış xəstələrin qanından alınan- spesifik qamma – qlobulinlərlə – antikorlarla başlamalı. Çox güman ki, bu metod ölümlərin səviyyəsini azaltmış olar və bəlkə də risk qrupuna daxıl olanların xəstəliyə tutulma səviyyəsini azaldar. Bu vasitənin hazırlanması bir ay müddətində bitirmək planlaşdırılmışdır.
  • Blokator interleykin 6 istifadəsi. Çox zaman xroniki xəstəlikləri olan xəstələrin immun sisteminin infeksiyaya reaksiyası çox güclü olur. Bu da öz özlüyündə sağlamlığa əlavə ziyan vurur – virusun dağıdıcı qüvvəsini artırır.  Güman edilir ki, interleykin 6 immun modulyatorun blokerləri immun sisteminə düşən ağırlığı azalda bilər və yaşlı xəstələrdə kritik vəziyyətlərin inkişafı risqindən uzaqlaşdırar.
  • Virusun müalicəsi – xüsusi T – limfolisitlərlə. Bu metod, Covid-19 xəstələrinin müalicəsini, xəstələnmiş, ancaq virusa qarşı immunitet yaratmış insanların qan hüceyrələrindən istifadə etməklə aparılmasını ehtimal edir. Bu vasitə digər, dərman müalicəsinə təsir verməyən, virus infeksiyaları ilə mübarizədə özünü müsbət göstərmişdir.
  • *Ağciyərlərin agır zədələnməsi zamanı mesenchymal kök hüceyrələrinin istifadəsi. Ehnimal edilir ki, birincisi mesenchymal kök hüceyrələri İl – 6 blokatorlarından fərqli olaraq immun sisteminin virusa güclü reaksiyasının qarşısını almaq ücün daha effektif alət ola bilər. Həmcinin kök hüceyrələrinin soyuqdəyməni azaltmaq və zədələnmiş ağciyər toxumalarının bərpa olunmasını sürətləndirmək bacarığı da tədqiq olunacaqdır.

Professor Ovalının izah etdiyi kimi,  tədqiqatlar klinik sınaqlar fazasındadır və işlərin ugurlu getdiyi təqdirdə, may ayının sonuna ilkin nəticələr almaq mümkün olacaqdır. “Biz virusa yoluxub sonra sağalmış və başqalarının həyatını qurtarmağa və tədqiqatlara hazır  insanların qanını istifadə edəcəyik. 6 apreldə  – 12  Covid-19 virus xəstəsinin – xüsusi immuno plazma ilə müalicəsinin startına başlayırıq.”

 Alimlərin fədakarlığı hamını heyrətləndirir. Professor Ovalı etiraf edir ki, öz aralarında komandasını “28 türk qəhrəmanı” adlandırır.: “Tədqiqatların başlandığı zaman biz, karantinə və yoluxma risqinə görə labaratoriyalarda əməkdaşların sayını azaltmaq məcburiyyətində qalmışdıq. Ancaq gənc alimlərdən biri BulutYurtsever, mənə zəng etdi və söylədi ki, daha evdə otura bilmir və heç bir təhlükəyə baxmayaraq yardım etməyə, virusla işləməyə hazırdır. ” Əgər mən öləcəyəmsə, bu insanların xilası ücün olacaq”, – o söylədi. İki gün ərzində bizim komandada artıq 28 könüllü var idi. Mən onların hər biri ilə fəxr edirəm və inanıram ki,  məhz belə aıimlər – bizim qəhrəmanlarımız olacaq və gələcək nəsl onlardan ibrət alacaq”

Bütün tədqiqatları qısa zamanda bitirmək planlaşdırılırki, bu da Covid-19 virusu ilə mübarizədə tibb aləminə tez bi zamanda effektiv yardım təqdim etmək məqsədi ilə ediləcək.

Proekt ACIBADEM Universitetinin elmi – tədqiqat komandası tərəfindən, artıq 3 və 6 istiqamətdə tədqiqat aparılması üçün razılıq alınmış Türkiyə Səhiyyə Nazirliyinin əməkdaşlığı ilə həyata kecirilir. Proektin rəhbərliyi həmcinin qeyd edir ki, bu növ tədqiqatlar biotexnologiya sahəsində inkişaf etmiş infrastruktur, ixtisaslı kadr mənbəyi və yüksək ixtisaslı tibb işçiləri olmadan mümkün olmazdı.