ACIBADEM BEYNƏLXALQ KLİNİKALAR ŞƏBƏKƏSİ COVID-19 İLƏ MÜBARİZƏ ÜCÜN 5 KRİTİK TƏDQİQAT PROEKTLƏRİ BAŞLAMIŞDIR.

Home/Xəbərlər/ACIBADEM BEYNƏLXALQ KLİNİKALAR ŞƏBƏKƏSİ COVID-19 İLƏ MÜBARİZƏ ÜCÜN 5 KRİTİK TƏDQİQAT PROEKTLƏRİ BAŞLAMIŞDIR.

ACIBADEM beynəlxalq klinikalar şəbəkəsi, ACIBADEM Universiteti ilə birlikdə, koronavirusun yeni yayılma dalğası ilə mübarizə ücün 5 kritik tədqiqat proektləri başlamışdır. ACIBADEM beynəlxalq klinikalar şəbəkəsi fəal surətdə tədqiqatlara başlamış və 5 vacib proekti Türkiyə Səhiyyə Nazirliyinə, Türkiyə Elmi  – Texniki Tədqiqatlar üzrə Şurasına (TUBİTAK) və Səhiyyə işləri üzrə Türk idarəsinə (TUSEB) təqdim etmişdir. Bu proektlər profilaktik peyvəndin və  yoluxmuş xəstələrin 4 müalicə metodunun hazırlanmasını özündə əks etdirir.

Bütün dünya koronavirus ilə mübarizə aparmaqdadır. Koronavirus pandemiyası, sürətlə yayıldığına görə və yoluxduqdan sonra həyat ücün təhlükə təşkil etdiyinə görə bütün dünyada günün bəd xəbərli mövzusuna çevrilmişdir, amma xəstələrin müalicəsi ücün effektiv metod və profilaktik peyvənd hələ də mövcud deyildir. Bunu nəzərə alaraq, elm cəmiyyəti profilaktik və terapevtik vasitələrə diqqət yetirir, müxtəlif müalicə metodları və peyvəndin hazırlanması üçün, minlərlə insanın həyatını xılas edəcək yeni elimi – tədqiqat proektlərı başlayırlar. ACIBADEM beynəlxalq klinikalar şəbəkəsi,ACIBADEM Universiteti ilə birlikdə, həmçinin bizim ölkəyə də təsir etmiş yeni koronavirus ilə mübarizədə 5 yeni perspektiv tədqiqat proektləri başlamışdır. Səhiyyə Nazirliyinə, TUBITAK və TUSEB 5 vacıb proekt təqdim olunmuşdur, onların arasında biri peyvəndin hazırlanması, digərləri isə tədqiqatları başlamağa imkan verən terapevtik metodların hazlrlanması üçündür.

 Profilaktik peyvənd

Peyvəndləmə ən vacib profilaktik metodlardan biridir, çünki o immun sisteminə virusu müəyyən etməyə kömək edir və faktiki yoluxmaya qədər immun sistemini yaxşılaşdırır. Peyvəndlər bütün dünyada ta keçən əsrdən istifadə olunmuşdur və millionların həyatını xilas etmişdir, amma o sadəcə insanlar virusa yoluxana qədər tətbiq olunduqda effektivdir. Ancaq, yeni koronavirus (Covid-19) üçün peyvənd hələ də mövcud deyildir! Təcili peyvənd istehsallarından biri  ACIBADEM beynəlxalq klinikalar şəbəkəsi,ACIBADEM Universiteti ilə, dünyanın qabaqcıl tibbi idarələri ilə birlikdə həyata keçirilir. Attenuid (fıaliyyətsiz) virus peyvəndinin, TUBITAKın köməyi ilə  klinik sinaqlar səviyyəsinə tezliklə çatdırılması gözlənilir və istehsala hazır olacagı qeyd edilir. İki növ peyvənd istehsalı vardır: attenuid/fəaliyyətsiz peyvəndlər, hansında ki, canlı viruslardan istifadə olunur, və rekombinat peyvəndlər, hansılar ki, virusun sintetik fraqmentlərinin tətbiqi ilə alınır. Attenuid (zəif) peyvəndlər rekombinatlardan fərqli olaraq, daha tez istehsal oluna bilər, bununla belə onlar virus mutasiya dəyişikliklərinə daha az məruz qala bilərlər və uzun zaman ərzində effektiv istifadə oluna bilərlər. Digər tərəfdən onları kütləvi istehsal etmək olmaz və rekombinant peyvəndlərlə müqayisədə onlar daha bahalıdırlar. Ancaq hal hazırkı, virusun sürətlə yayılması ilə xarakterizə olunan fövqəladə vəziyyəti nəzərə alsaq, tibb işçiləri və yüksək yoluxma risqi olan xəstələrin müdafiəsi üçün kifayət qədər peyvənd istehsal etmək, rekombinat peyvəndlərin kütləvi istehsalı başlamayana qədər, çox zəruridir.

 Virus-spesifik Qamma-qlobulinlər (Virus-specific Gamma Globulin)

ACIBADEM beynəlxalq klinikalar şəbəkəsi,ACIBADEM Universitetinin əməkdaşlıgı ilə, TUBITAK ın dəstəyi ilə başlanılmış digər tədqiqat proekti, sağaldıqdan sonra virusa qarşı immun sistemləri yaranan xəstələrin qanlarından alınmış virus – spesifik antikorların əsasındadır və bu antikorların yeni xəstələrin müalicəsində istifadə edilməsindən ibarətdir. Bu metod xəstə adamdan alınmış virus – spesifik antikorları 2 yeni xəstə üçün istifdə etməyə imkan verir və əlbəttə ki, yeni hallarda ölüm risqi azalmış olur. Bu metod həmçinin Covid – 19 ilə əlaqədə olmuş və ya maksimum risqə məruz qalmış insanlar üçün də profilaktik ola bilər. Bu məhsulun bir ay müddətində hazırlanacagı gözlənilir.

Virus-spesifik T-limfositlər (Virus-specific T lymphocyte)

Virus-spesifik T-limfositlər proektinin məqsədi yoluxmuş, amma virusa qarşı dayana bilən xəstələrin qanından hüceyrələrin alınması və bu hüceyrələrin  yeni xəstələr ücün istifadə olun biləcək formaya dəyişdirilməsindən ibarətdir. Virusa qarşı dayana bilən xəstənin hüceyrələri üzərində işləmək üçün və onu yeni xəstələrin müalicəsində istifadə edilməsi üçün  bizə 7 gün lazımdır. Faktiki olaraq bu metod cox zamandan bəri, başqa dərmana davamlı virus infeksiyaların müalicəsində bütün dünyada oldugu kimi, ACIBADEM beyin transplantasiyası klinikalarında da  uğurla tətbiq olunur. ACIBADEM klinikalar şəbəkəsinin qematoloqları  öncəki tədqiqatların nəticələrini üç konqresdə təqdim etmişlər ki, burda da onlar virus – spesifik T-limfositlərin 17 dərmana davamlı virus infeksiyalar zamanı 80% müsbət  kliniki cavabları əldə etdiklərini xəbər vermişlər. Bu metodun effektliyini onlar yeni koronavirus xəstələrində tədqiq edəcəklər.

 İnterleykin-6 blokatoru(Interleukin-6 blocker)

Tədqiqatcılar yeni koronavirus (Covid-19) infeksiyaları zamanı interleykin 6 blokatoru (IL-6) istifadə edən yeni metodu tədqiq edirlər ki,bu da virusla mübarizədə immun sisteminin nəzarət altına alınmasına nail olmaq üçündür. Yeni koronavirus (Covid-19) zamanı ölümlə nəticələnən iki  patoloji  əsas vardır. Birincisi virusa yoluxmuş hüceyrələrə  pitopatik (ölümcül) təsiri yaradır. İkincisi virusa immun sisiteminin cavabı kimi yoluxmuş  hüceyrələrdə ilk ziyanı daha da dərinləşdirir. Əslində bu mexanizm də, niyə uşaqlarda xəstəliyin yüngül əlamətlərlə keçdiyini, ancaq yaşlı insanlarda ağır nəticələrə gətirib çıxardıgını izah edir. Uşaqlarda immun sistemi inkişaf mərhələsində oldugu üçün, onun infeksiyaya reaksiyası kəskin olmur. Eyni zamanda isə yaşlı insanların xroniki xəstəlikləri  immun sistemini infeksiyaya güclü cavabına gətirib çıxarır. Bu virusun vurdugu ziyanı daha da artırır və vəziyyəti pisləşdirir. İnhibenin IL-6 (reaksiyanın zəifləməsi/əzilməsi)  – immunomodulyator kimyəvi maddənin – əsasən xəstələrdə immun sisteminin cavabı güclü olan zamanlarda cox əhəmiyyətli ola bilər. ACIBADEM klinikalar şəbəkəsinin hal hazırkı tədqiqat proektində (Car-T cell) qeyd edilir ki, IL-6 blokatorları həyatları xilas edə bilər. Çində aparılmış tədqiqatlara və təcrübələr əsaslanaraq, Səhiyyə Nazirliyinə catdırılmışdır  ki, IL-6 blokatorların istifadəsi IL-6 yüksək dərəcəli xəstələrdə müalicənin bir hissəsi olmalıdır.

 Mezenhimal kök hüceyrısi (Mesenchymal stem cell)

Digər terapevtik metod yeni koronavirusa (Covid-19) yoluxmuş və bütün müalicə metodlarına baxmayaraq ağciyərlərin nəzarətisz zədələnməyə (kəskin respirator distress-sindrom – KRDS) məruz qalan xəstələr üçün nəzərdə tutulmuşdur. Bu xəstələrə mezehimal kök hüceyrələri terapiyası təyin edəcəklər. Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş bu metodun koronavirusun yaratdıgı  ikinci və agır ağciyər xəsətəliyindən olan ölümlərin sayını azaltmaga imkan verəcəkdir. Burada kök hüceyrələtin rolu digər tədqiqatın əsası olan interleykin blokatorların (IL-6) roluna oxşayır. Başqa sözlə desək, hesab edilir ki, virusun orqanizmə daxil oldugu zamanı ekstremal  immun sisteminin cavabıının ləgv edilməsi, onun infeksiya ilə mübarizə qabiliyyətinə təsrindən öncə olmalıdır. Əslində onların  interleykin (IL-6) blokatorlarından daha effektiv ola biləcəyi ehtimal olunur və o daha dəqiq nəticələr verə bilər, hərçəndi ki, hələ yoxlanılmamışdır. Bu sahədə Çin tədqiqatının  dəyərli nümunəsi vardır. 10 xəstə üzərində aparılan tədqiqatda kök hüceyrələri 7 xəstəyə yeridilmişdir, eyni zamanda 3 xəstəni ənənəvi metodlarla müalicə etmişlər. Tədqiaqat qəarara gəlmişdir ki, kök hüceyrələri terapiyası təyin olunmuş bütün xəstələr qrupunun klinik vəziyyəti nəzarət qrupundan agır idi – onlar sagalmışlar, eyni zamanda isə nəzarət qrupunun xəstələri hansı ki ənənvi üsullarla müalicə olunurdu – vəfat etmişlər. Öncəki tədqiqatlar (Covid-19 virusunun yaratmadıgı ağciyər zədədlənməsi) da həmcinin göstərmişdir ki, kök hüceyrələri soyuqdəyməni yüngülləşdirə bilər və toxumaların bərpasını tezləşdirə bilər.  

Tibb elmləri doktoru,professor Ercüment Ovalı:

“Bizim ölkəmizdə yüksək ixtisaslı alimlər və lazım olan avadanlıq vardır!”

ACIBADEM kliniklar şəbəkəsinin və ACIBADEM Universitetinin birgə tədqiqat proektlərində iştirakını nəzərə alaraq, ACIBADEM Labcell laborotoriyasının müdürü, qematologiya professoru Ercüment Ovalı, aparılan tədqiqatlardan danışır: ” Korornavirusun (Covid-19) yeni yayılma dalgası bütün ölkələrdə sürətlə yayılır. Bu virusa qarşı elmi cəmiyyətin tətbiq etdiyi bütün üsullar cox vacibdir. Bütün dünya alimləri  insanları bu virusdan müdafiə etmək və xəstələrin müalicəsi üçün təsirli vasitətələr tapmaq üçün çox əmək sərf edirlər. Ölkəmizin bütün səhiyyə və elmi idarələri bu virusla məşguldurlar. Onlar arasında əməkdaşlıq sürətlə inkişaf edir. Biz əminik ki, belə bir əməkdaşlıq, müvafiq dövlət orqanlarının, əsasən də Səhiyyə Nazirliyinin nəzarəti altında olaraq, sözsüz ki müsbət nəticələrini verəcəkdir. Bizim ölkəmizdə müasir biotexnoloji infrastruktur, ixtisaslı mütəxəssislər və öyrədilmiş tibb heyəti vardır. Bir alim kimi mən əminəm ki, bu vəhdət bizim elm tariximizi çox vacib nailiyyətlərlə təmin edəcəkdir”.