BALACA QƏHRƏMAN BÖYÜK XƏSTƏLİYƏ QALİB GƏLDİ

Home/Xəbərlər/BALACA QƏHRƏMAN BÖYÜK XƏSTƏLİYƏ QALİB GƏLDİ

Adanadan gələn üç yaşlı Kuzey Çengezerin valideynləri uşağın qızdırması olduğu zaman tibbi yardım üçün müraciət etdilər. Acıbadem Adana klinikasında bir sıra analizlərdən sonra Kuzeyə “kəskin limfoblastik leykoz” diaqnozu qoyuldu. 

Kəskin limfoblastik leykoz (KLL) qan və sümük iliyi xərçəngi xəstəliyidir. Xəstəlik sümük iliyində başlayır və ağ qan hüceyrələrini (leykositlər) ələ keçirir. Bu, uşaqlarda ən çox yayılmış xərçəng növüdür. Simptomları birdən-birə yaranır və KLL sürətlə irəliləyir. Belə diaqnozlu xəstələr üçün xəstəliyi dayandırmaq üçün dərhal müalicəyə başlamaq çox vacibdir. 

Adana Acıbadem klinikasının sümük iliyi Uşaq Mərkəzinin direktoru professor Bülənt Antmen və onun komandası yubanmadan Kuzeyin müalicəsinə başladılar. Əvvəlcə, kiçik xəstə kemoterapi kursunu keçdi, lakin ona KLL müalicəsinin yeganə variantı olan- sümük iliyi transplantasiyası tələb olundu. 

Sümük iliyi müayinəsi TÜRKÖK-da, daha sonra isə bütün dünyada aparmağa başladılar. 

Adı Andreas olan uyğun (90%) donoru Hanyedə (Krit adası, Yunanıstan) – 2020-ci ilin aprel ayının əvvəlində tapmaq mümkün oldu. Lakin, koronavirus səbəbi ilə hava əlaqəsinin ləğv edilməsi səbəbindən – sümük iliyi əldə etmək mümkün deyildi.

İstanbul və Afinadakı kök hüceyrə banklarının səyləri Səhiyyə Nazirliyi tərəfindən dəstəkləndi – buna görə də,  Kritdə yaşayan 35 yaşlı donordan sümük iliyi əldə etmək və onu xüsusi icazə sayəsində əvvəlcə İstanbula, daha sonra qurudan Adanaya aparmaq mümkün oldu.

Kök hüceyrələri  -170°С dərəcə temperaturunda saxlanılaraq, donor karantini keçəndən və mənfi COVİD – 19  testini göstərdikdən sonra 20 may tarixində AACIBADEM Adana Klinikasında, bir saat yarım davam edən əməliyyat zamanı  uşaq hematologiya və onkologiya professoru Bülent Antmen və onun komandası tərəfindən Kuzeyə köçürüldü .

İyulun əvvəlində transplantasiyadan sonra klinikada 2 ay qaldıqdan sonra tam sağlam oğlan xəstəxanadan çıxarıldı. Residiv riskini nəzərə alaraq, Bülent Antmen və onun komandası 3 il ərzində kiçik xəstəni müşahidə edəcəklər.