Biz gün ərzində saatlarla mobil telefonlarla vaxt keçiririk, lakin bu davranış bel və boyun ağrıları, zəif duruş və hətta qrıja ilə nəticələnə bilər. Mobil telefonlar və ya planşetlərdən istifadə edərkən onurğa sağlamlığını qorumaq üçün bu tövsiyələrə əməl edin.
Telefonlar və planşetlər kimi mobil qurğular həyatımıza daxil olandan bəri dayaq-hərəkət sistemimizə təzyiq müddəti artıb. Bu, boyun və bel qrıjasına, narahatlığa səbəb olan ağrılara, zəif duruş və sinir sıxışmasına səbəb olur. Çoxumuz mobil telefonlarımızla poçt, mesaj və ya sosial media trafikini idarə etmək üçün hər gün orta hesabla 2-4 saat başımızı qabağa əyərək vaxt sərf edirik. Başqa sözlə, servikal onurğa sütunumuza ildə 700-1400 saat əlavə stress əlavə edirik. Orta məktəb şagirdlərində bu rəqəm təxminən 5 min saata qədər yüksəlir. Onurğa sütunumuz əslində uzun müddət eyni vəziyyətdə qalmaq üçün uyğun bir quruluş deyil.
Məlumdur ki, başımızı neytral mövqe adlanan sağlam optimal bucaq altında saxladığımız zaman boyun onurğamıza düşən yük təxminən 4,5-5 kq olur. Baş statik və ya irəli əyilmiş olduqda, boyun əzələləri, periferik vətərlər və bağlar başı dəstəkləyir. Araşdırmalar göstərir ki, boyun 15 dərəcə əyildikdə boyuna düşən yük 12,25 kq, 30 dərəcə və 45 dərəcə əyildikdə isə rəqəmlər müvafiq olaraq 18 kq və 22 kq olur. Zamanla təkrarlanan bu cür stress boyunda erkən degenerasiya və onu müşayiət edən pozğunluqlara səbəb ola bilər.
Həddindən artıq istifadə və pis duruş nəticəsində yaranan ümumi xəsarətlərə əlavə olaraq, avtomobil sürmək və ya gəzinti kimi maksimum diqqət tələb edən fəaliyyətlər zamanı (xüsusilə qeyri-bərabər səthlərdə) mobil telefonlardan istifadə kəskin xəsarətlər riski yaradır. Buna görə də, bu risklərdən xəbərdar olmaq, potensial xəsarətlərin qarşısını almaq üçün sağlam addımlar atmaq və təhlükəsizlik tədbirləri görmək çox vacibdir.
İdeal duruş onurğa sağlamlığı ilə yanaşı, ümumi bədən sağlamlığına və əhval-ruhiyyəyə müsbət təsir göstərir. Tədqiqatlar göstərir ki, düzgün duruş serotonin səviyyəsinə müsbət təsir göstərir.
Mobil telefonların erqonomik istifadəsinə töhfə verəcək tövsiyələr aşağıdakılardır:
*Veb saytımızda yerləşdirilən məlumatlar diaqnostika və müalicə üçün təlimat vermək məqsədi daşımır. Həkiminizlə məsləhətləşmədən əvvəl heç bir diaqnostik və müalicəvi prosedurlar etməyin. Məqalələrdə Acıbadem Healthcare Group-un terapevtik səhiyyə xidmətləri haqqında məlumatlar var.