ACIBADEM - də uşaq neyrocərrahiyə: müvəffəqiyyətin faktorları - Acıbadem Healthcare Services - Azərbaycan
ACIBADEM – də uşaq neyrocərrahiyə: müvəffəqiyyətin faktorları

ACIBADEM – də uşaq neyrocərrahiyə: müvəffəqiyyətin faktorları

Neyrocərrahiyə hər zaman ən böyük çətinliyin sinonimi sayılmışdır – axı söhəbt incə yaradılmış mexanizm olan insan beyininə və əsəb sisteminə müdaxilədən gedir! Uşaq neyrocərrahiyəsindən söhbət gedəndə isə –məsələnin incəliyi daha da böyüyür. 

Uşaq neyrocərrahı balaca xəstələrin bir sıra əlavə anatomik,fizioloji və psixoloji xüsusiyyətlərini nəzərə almalıdır. Onlardan bir neçəsini misal göstərmək olar:

  • Böyük insanın beyninin zonaları artıq formalaşmışdır, uşaq beyni isə formlaşmaqdadır. Praktikada bu onu bildirir ki, böyüklərin beynində olan müəyyən sahələr müdaxilə ücün təhlükəsiz hesab edilirsə, uşaqlar üçün bu qeyri – mümkündür.
  • Əməliyyat zamanı 500 ml. qanın itirilməsi – 80 kq. olan böyük insan üçün buna görə hətta qan köçürmə belə lazım olmyacaq, orqanizm özü bu itgini bərpa edəcək. Amma 5 kq. çəkisi olan körpənin qan damarı sistemində sadəcə 400 ml. qan vardır, və hətta 40 ml. qan ingisi fəlakətə gətirib çıxara bilər.
  • Böyük və kicik yaşlı xəstələrdə əməliyyat sonrası dövr kəskin fərqlənir. Böyük insan suallara cavab verə bilir, öz vəziyyətini təsvir edə bilər, amma körpələr üçün isə həkimlər demək olar ki, hərəkət və mimikalarına görə vəziyyəti qiymətləndirməli olurlar. 

ACIBADEM klinikasının uşaq neyrocərrahiyə bölməsinin rəhbəri, 30 illik təcrübəsi olan həkim, professor Memet Ozekin dəqiq qeyd etdiyi kimi: «Uşaq axı böyük insanın sadəcə balacalaşdırılmış təkrarı deyil. Böyüklə uşaq arasında olan fərq təxminən siçan və zürafə arasında olan fərq kimidir»

Kiçik xəstələrin böyük problemləri

Professor Ozekin heyətinin qarşılaşdığı halların çoxunu 5 əsas istüqamətə bölmək olar: anadangəlmə anomaliyalar, şişliklər, spastiklik, epilepsiya və zədələr.

Anadangəlmə anomaliyalar termini neyrocərrahiyədə uşaq, beyin və ya onurğa beyni patologiyasi ilə anadan olan zamanı işlədilir. «Belə anomaliya növləri çoxdur və bizim heyət hər il dünyanın müxtəlif ölkələrindən olan çox sayda xəstələrə yardım edir.» – professor Ozek şərh edir.  

Mərkəzi əsəb sisteminin şişlikləri uşaqlarda çox zaman beyin kökü və talanus sahələrində toplanır.Beynin tam mərkəzində yerləşən bu kiçik, həyat üçün vacib olan sahələr, bizim müstəqil nəfəs alma, əzalarımızla hərəkət etmək, yeməyi udmaq, üzümüzün mimikalarndan istifadə etməyə imkan verir. Belə çətin şişliklərlə ügürlü mübarizə aparmaq üçün, düzgün diaqnostika, təcrübə və avadanlıq tələb olunur:

  • ACIBADEM – də bütün yeni xəstələrin xəstəlik tarixi, həmçinin müalicə planı həftəlik konsiliumda müzakirə olunur ki, onun da tərkibinə radioloqlar, radiasiya onkoloqları, tibb onkoloqlarıvə uşaq neyrocərrahları daxildir.
  • Əməliyyat öncəsi müayinələrin dəqiqliyi və keyfiyyətini klinikada yüksək keyfiyyətli yeni MRG 3 Tesla avadanlığı təmin edir, həmcinin cərrahi müdaxilənin dəqiqliyinə təsir edən əlavə texnologiyalar təsir edir.
  • Daha bir faktor – mütəxəssislərin təcrübəsi. Professor Ozek qeyd edir ki, ümümiliklə sadəcə şəxsibacarığı deyil, heyətin əlbirliyini də qiymətləndirir. «Biz fəxr edirik ki, bizim heyətdə 10 ildən çox çalışdığımz texniklər və cərrah köməkciləri var, bizim uşaq anestezioloqu ilə isə 27 ildən yuxarıdır ki, çalışırıq»

Əvvəllər hesab olunurdu ki, USİ – nin yaratdığı əzələ spastikliyi zamanı tək yardım – müalicə qimnastikasıdır. Amma indi ACIBADEM – de fiziki fəaliyyəti yaxşılaşdırmaq səviyyəsində problemi həll etməyə icazə verən bir neçə cərrahi müdaxilə növü mövcüddur və artıq 1500 dən çox belə əməliyyatlar uğurla həyata keçirilmişdir.

Epilepsiyanın dərmanla müalicəsi nəticə vermədiyi hallarda da neyrocərrahiyə müdaxiləsi köməyə gəlir. «Epilepsiya hücumları uşaqların beyninin dəyişilməsi mümkün olmayan zədələnməyə və fiziki zədələrə gətirib çıxara bilər. – professor Ozek izah edir. – Neyrocərrahiyə yardım edə bilər».

ACIBADEM – in münasibəti

ACİBADEM Beynəlxalq klinikalar şəbəkəsinin uşaq neyrocərrahiyə bölməsində hər bir xəstə bizim üçün vacibdir. Onun üçün klinikada neyrocərrahlar, terpevtlər və tibb bacıları heyəti çalışırlar, həmçinin dünyada mövcud olan bütün yeni lazımi avadanlıqlar mövcuddur.

MÜALİCƏ

TEXNOLOGİYA

ACIBADEM

×
Axtar