Acıbademdə əkizlərin ayrılmasının təəccüblü bir hekayəsi - Acıbadem Healthcare Services - Azərbaycan
Acıbademdə əkizlərin ayrılmasının təəccüblü bir hekayəsi

Acıbademdə əkizlərin ayrılmasının təəccüblü bir hekayəsi

Kamerundan gənc bir cütlük, Kerolayn və Riçard Akva öz əkizlərinin dünyaya göz açmasınısəbirsizliklə gözləyirdilər. 26 yaşlı Kerolayn mütəmadi olaraq həkimə baş çəkirdi və hamiləliyi uğurla davam edirdi.  Əkizlərin doğulması bir keysəriyyə əməliyyatının köməyi ilə vaxtında həyata keçdi. Ancaq gənc valideynləri xoşagəlməz xəbərlər gözləyirdi – körpələr budları tərəfdən bir -birinə birləşmişdı!

Ölkədə kifayət qədər tibbi və texnoloji vasitələrin olmadığına görə, Kamerunda siam əkizlərinin müalicəsi mümkün görünmədi.  Ancaq pandemiyaya baxmayaraq, Kamerun Prezidentinin İdarəsi  vaxtında Türkiyəyə, Acibademə hava dəhlizi təşkil etdi, çünki bundan qabaq cərrahi müalicə mümkün deyildi. Klinikada 9 aylıq qızların müalicəsi ilə bir mütəxəssis ordusu məşgul oldu.

Həkimlərin səfərbərliyi elan edildi!

Bütün bir tibb mütəxəssislərinin çoxşaxəli komandası, Uşaq Cərrahiyyəsi Professoru Burak Tanderin,Uşaq Neyrocərrahiyyə Professoru Memet Özekin, Estetik, Plastik və Rekonstruktiv cərrahiyyə kafedrasınınProfessoru Hakan Ağırın, Anesteziologiya Dosenti Serpil Ustaların, Uşaq İntensiv Terapiya şöbəsinin Professoru Agop Çıtakın, və Urologiya, Radiologiya, ürək-damar cərrahiyyəsi və anesteziologiya şöbələrindən olan mütəxəssislərin rəhbərliyi altında, 7 ay davam edən siam əkizlərinin ayrılması üzərində işləyiblər.

Unikal 3D maneken

Həkimlər uzun müddət bu çətin əməliyyata hazırlaşarkən, Acibadem Universitetinin Biodizayn mərkəzində əvvəlcədən yaradılan siam əkizlərinin ətraflı 3D manekenini araşdırdı, hansı ki, əməliyyatın müvəffəqiyyətinə əhəmiyyətli bir töhfə verdi.

Uşaq Neyrocərrahiyyə Professoru Memet Özek əməliyyatın başlanması haqqında danışır: ” Bizim Neyrocərrah komandamız onurğa beyni, miyelomeningosel, onurğa membranları və oma büzdüm sümüyünün ayrılması ilə əlaqədar əməliyyata başlamışdır. Birləşmə səbəbindən çox qeyri-adi bir vəziyyətdə, bəlkə də ilk dəfə həyatımızda belə bir əməliyyat keçirdik.”

Uşaq cərrahiyyəsi Professoru Burak Tander əlavə etdi: “Ayrıca, qızların onurğa beyni,  sidik yolları, düz bağırsaq və bəzi qan damarları ümumi olduğundan, onların ayrılması üçün çox çalışmalı olduq.”

Estetik, plastik və rekonstruktiv cərrahiyyə professoru Hakan Ağır davam edir:” Biz əməliyyatdan əvvəl dərini, dərialtı toxumaları və əzələləri hazırladıq. İkinci mərhələdə uşaq cərrahiyyəsi və neyrocərrahiyyə komandası tərəfindən əməliyyat olunan sahələri qapatdıq. Biz, ümumi intensiv terapiya və yoluxucu xəstəliklər üzrə mütəxəssislərin komandaları ilə birlikdə, əməliyyat sonrası yaraların sağalması ilə əlaqədar yarananproblemlərinin qarşısını almaq üçün maksimum qayğı təmin etdik.

Anestezioloq Serpil Ustalar Özgen əlavə etdi: “Anestezioloqlar qrupunun rolu, cərrahların rahatlığı üçün uşaqların yuxu və təhlükəsizliyini təmin etmək idi. Əməliyyatdan əvvəl, körpələr arasında qarışıqlıqdan qaçmaq üçün bütün avadanlıqları iki rəngdə hazırladıq;  Biz “Elizabet komandası” və “Meri komandasına ” bölündük. Əslində, belə bir intensiv rejimdə 27 saat , bizim üçün 1 saat kimi keçdi.”​​

Uşaqların İntensiv Terapiyası kafedrasının professoru Agop Çıtak yekunlaşdırdı: “Əkizlərin cərrahi ayrılması- uzun və çox mürəkkəb bir prosesdir. O, körpələrin Uşaq İntensiv Terapiya şöbəsində əməliyyatdan sonrakı adaptasiyasını, müşahidə və müalicəsini  tələb etdi.”

27 saat davam edən ayırma əməliyyatı müvəffəqiyyətlə başa çatdı.  Əvvəlcə Meri əməliyyat otağını tərk etdi, və ondan sonra  Elizabet. Onlar ilk dəfə bir-birilərini görəndə, bu inanılmaz dərəcədə emosional bir an idi.  İndi uşaqlar 16 aylıqdırlar, və indi bu şirin əkizlər iki fiziki cəhətdən müstəqil körpələr kimi yaşayırlar.

Qızların valideynləri Acibadem mütəxəssislərinin yüksək peşəkar heyətinə minnətdarlığını bildirirlər: “Təcrübəli həkimlərə, tibb bacılarınına, rəhbərliyə və Acıbademin bütün tibb işçilərininə bu inanılmazxoşbəxtliyimizi borcluyuq. Əslində, sözlərimiz duyğularımızı ifadə etmir!

MÜALİCƏ

TEXNOLOGİYA

ACIBADEM

×
Axtar