Fərxad Adilov, Özbəkistan, Ağciyər Xərçəngi - Acıbadem Healthcare Services - Azərbaycan
Fərxad Adilov, Özbəkistan, Ağciyər Xərçəngi

Fərxad Adilov, Özbəkistan, Ağciyər Xərçəngi

Hər bir insan ikinci  şansa layiqdir!

Özbəkistandan olan Fərxad Adilov dünyanın hər hansı bir yerindən olan pasiyentlər kimi, Acıbademin köməyi ilə həyata qayıdan çox sayda xəstədən biridir. İki il əvvəl, 40 yaşlı vəkil cənab Adilova, onun ağciyər xərçəngi olduğunu söylədilər. O, bu diaqnozdan sonra, öz ölkəsində əməliyyat oldu. Bu əməliyyatdan sonra, hormonal və dərman prosesi gözlənilmədən kilo alması ilə nəticələnəndə,əməliyyatdan əvvəl 140 kq ağırlığında olan cənab Adilovun çəkisi daha 50 kq artdı. Lakin xərçənglə əlaqəli risklər tam aradan qaldırılmamışdır. Bir nəzarət taraması aparmaq üçün, o bir PET-KT cihazına sığmağı bacarmalı idi.

PET-KT – bir rentgen görüntüləmə cihazıdır. Xərçəng xəstələrində şiş haqqında ətraflı məlumat əldə etmək üçün həyati vacibdir. Bu metod həkimlərin erkən diaqnoz qoymasına, təsirli bir müalicə planı hazırlamasına və xəstənin həyat keyfiyyətini yaxşılaşdırmasına kömək edən ən inkişaf etmiş nüvə görüntüləmə üsuludur.

” Lakin, Fərxad kimi 190 kq bir pasiyentin, normal insan bədəni üçün hazırlanmış bir PET / KT aparatından istifadə etməsi üçün peşəkar bir risk təhlili və təcrübəli işçilərin iştirakı lazımdır. Fərxad Adilov Acıbadem Maslak klinikasında ona uyğun şərait tapdı. Onun həyat yoldaşı yaşadıqları prosesi belə izah edir: “Fərqli ölkələrdəki bir neçə xəstəxanaya müraciət etdik, ancaq ərimin ağırlığı və diaqnostik cihazların quraşdırılması ilə əlaqəli çətinliklər və müalicə riskləri səbəbindən hər zaman mənfi cavab aldıq. Ancaq Acıbadem klinikası ilə əlaqə qurduğumuz vaxtdan bəri bizə problemimizə bəzi həll yolları təklif etməyə başladılar. Son qeydiyyatdan keçdikdən sonra buraya gəldikdə, cihazda onun üçün hazırlanmış xüsusi bir yataq quraşdırdılar. Kilosu artanda, yataq dəyişdirilirdi. Üstəlik, otağımızda ehtiyaclarımıza heç vaxt laqeyd qalmırdılar. İndi Özbəkistandakı evimizdəki kimi rahat və sakit hiss edirik. Və ərim də özünü çox yaxşı hiss edir. “

” Taramadan sonra xüsusi 10 günlük müalicə proqramı alan cənab Adilovun səhhəti bu gün yaxşıdır. Öz sözləri ilə desək: “Buraya gəlib bu texnologiyanı və bu klinikanın xidmətlərindən istifadə etməsəydim, başqa bir əməliyyat edə biləcəyimi düşünmürəm. Və inanmıram ki, o zaman sağ qalma şansım olacaqdı. Mənə verdikləri bu ikinci şans üçün hər kəsə təşəkkür edirəm. “

MÜALİCƏ

TEXNOLOGİYA

ACIBADEM

×
Axtar