Xərçəng toxumaların müalicəsində sub-millimetr ölçü dəqiqliyi
CyberKnife bədənin istənilən yerində xərçəngin müalicəsində sub-millimetr ölçü dəqiqliyi təklif edən qabaqcıl texnoloji radiocərrahiyyə sistemdir.
CyberKnife kompleks cərrahiyyə tələb edən çoxsaylı şişlərdə və cərrahi yolla müalicə oluna bilinməyən şişlərin müalicəsində istifadə edilir. Onun sub-millimetr ölçü dəqiqliyi şişi əhatə edən sağlam toxumalara potensial zədələnmələri minimuma endirir. CyberKnife dəqiq radiasiya tətbiqini təmin etməklə prosedur ərzində şişin hərəkətinə uyğunlaşdırmaq üçün xəstənin nəfəsalma hərəkətlərinə nəzarət edir və izləyir.
CyberKnife müalicəsi ağrısızdır və hər hansı anestesiya tətbiqinə ehtiyac duyulmur. Xəstələr müalicənin tamamlanmasından dərhal sonra gündəlik həyatına qayıda bilər.
CyberKnife millimetrdən artıq dəqiqliklə xərçəng müalicəsini həyata keçirmək üçün hazırlanmış radiocərrahiyyə sistemidir. Bu sistem vasitəsilə, radiasiya şüaları yüksək radiasiya dozası ilə beyin və bədənin xərçəng sahələrini müalicə etməyə yönəlir. Eyni zamanda normal toxumalar maksimum dərəcədə radiasiya effektindən qoruna bilir. Bu kompüter vasitəsilə nəzarət edilən robot texnologiyası praktiki olaraq yüzlərlə fərqli bucaqlardan radiasiyası tətbiq etmək üçün xəstənin müvafiq ətraflarında rəqs edir və fırlanır. Əsasən, CyberKnife sənaye sektorunda istifadə edilən robotlara yerləşdirilmiş qabaqcıl xətti akseleratordur. Bu normal toxuma üçün maksimum müdafiəni təmin edərək yüksək dozada radiasiyanı tətbiq etmək üçün xüsusən çətin girilən yerlərdə, beyin və bədənin xərçəngə tutulmuş sahələrinə yönələn radiasiya şüalarını istifadə edən Stereotaktiki radiocərrahiyyə (SRC) qurğusudur. Koordinatlar vasitəsilə tapılan hədəflərin müalicəsi kimi açıqlana bilən SRC üç ölçülü koordinatları müəyyən etdikdən sonra yüksək radiasiya dozası ilə bir sessyada şişi tam məhv edir. bu müalicə birdən artıq sessiyada tətbiq edilən zaman (ümumilikdə 3-5 sessiya) bu Stereotaktiki Radioterapiya (SRT) adlanır.
Cyberknife müalicələrini tətbiq edən mütəxəssislər radiasiya onkologiyası mütəxəssisləridir. Buna baxmayaraq, radiasiya onkologiyasına dəstəyi təmin edən və xəstələr üçün müalicənin daha effektiv və rahat qaydada həyata keçirilməsi məqsədilə müalicənin keyfiyyəti üzrə məsuliyyət daşıyan tibbi həkim mütəxəssislər, müalicə qurğularından istifadə edən radioterapiya texnikləri və xəstənin vəziyyətinin yaxşılaşdırılması və müalicə üzrə bütün növ suallara cavab verək və prosedurlar üzrə sualları cavablandırmaq üçün müvafiq həkimlərə yardım edən tibb bacıları bu prosedura cəlb edilir.
CyberKnife hər hansı mövqe və ölçü hüdudu olmadan beyin və baç-boyun regionunun bütün lezyonlarında (zədələnmələrində) istifadə edilə bilər. Bu əsasən bədxassəli və xoşxassəli şişlər, metastazlar, arteriya damar qüsurları və bir sıra funksional xəstəliklərin müalicəsində istifadə edilir.
CyberKnife əməliyyat oluna bilinməyən sahələrə girilməsi çətin olan lezyonlar üçün müvafiq müalicə hesab edilir.
CyberKnife radiocərrahiyyə sistemi xərçəngin müalicəsi üçün hazırlanmış qurğudur. Əsasən 6 qovşaqlı sənaye robotu üzərində yerləşdirilmiş 6MV rentgen hasil edən 140 kq-lıq xətti akselerator və 6 vəziyyətə dəyişdirilə bilən robotik xəstə yatağından ibarətdir. Robot 0.2 mm həssaslığa malikdir. Hədəfi müəyyən etmə kombinasiyası və bələdçiliyi təmin edən nəzarətli robot sistemli CyberKnife tomoqrafiyası ilə, şişlər çox həssas dərəcədə radiasiya tətbiqinə məruz qalır.
CyberKnife cərrahi prosedur olmadan xəstələr üzərinə plastik maska yerləşdirməklə tətbiq edilir. Müalicə ərzində xəstə 6 ölçüdə yerləşdirilə bilən robot nəzarətli stola uzanır. Təsvirin alınması sistemi şişin yerini müəyyən edir, onu izləyir və zəruri olduqda xəstənin pozisiyasının dəyişməsinə nəzarət edir, nəfəsalma ilə yerini dəyişən ağciyər və qaraciyər şişlərini həssaslıqla müalicə edir. Müalicə zamanı xəstənin müntəzəm olaraq nəfəsini alıb- buraxmasına ehtiyac yoxdur. Sistem müalicədən əvvəl alınmış kompüterli tomoqrafiya və maqnit rezonans təsvirlərlə müalicə zamanı əldə edilmiş ani təsvirlərin müqayisəsini aparır. Əldə edilən şiş koordinatları kompüterin köməyi ilə ani olaraq qiymətləndirilir və radiasiya dozası tənzimlənir. Bununla müalicə xəstə tərəfindən kiçik hərəkətlərin təsirinə məruz qalmır. Müalicə şişlə məhdudlaşdırıldıqda, əhatəli sağlam toxumaların zədələnməsi minimuma endirilir.
CyberKnife millimetr dəqiqliklə bədəndə xərçəngi müalicə etmək üçün hazırlanmış dünyanın birinci və yeganə robotlaşdırılmış radiocərrahiyyə sistemidir. Bu sistem sayəsində, beyində və bədəndə kanserogen sahələr yüksək radiasiya dozası ilə müalicə edilə bilər. Normal toxumalar radiasya təsirindən maksimal dərəcədə qorunur. Müalicə qurğusu kompüter-nəzarətli robot texnologiyasından istifadə etməklə xəstənin bədən üzvləri üzərində sanki rəqs edir və yüzlərlə bucaqlardan radiasiya tətbiq etməklə müalicəni həyata keçirir. CyberKnife bir çox qabaqcıl yüksək texnologiyaları özündə birləşdirən alt-sistemlərdən təşkil edilmişdir. Özünün tomoqrafiya sistemi vasitəsilə şiş yerini müəyyən etmək imkanına malik CyberKnife yüksək dəqiqlikli kompüter nəzarətli robot sistemi və müasir robotik xəstə pozisiyalaşdırma sistemidir. Bütün qeyd edilən sistemlər yüksək dəqiqliklə şişin müalicəsini asanlaşdırır.
CyberKnife radiasiya terapiyasının müvafiq hesab edildiyi bədənin istənilən yerində şiş və lezyonların müalicəsi üçün FDA tərəfindən təsdiq edilmişdir. Buna baxmayaraq, xəstələr qeyd edilən müalicənin onlar üçün düzgün seçim olub-olmamasını müəyyən etmək üçün həkimləri ilə məsləhətləşməlidirlər. CyberKnife vasitəsilə müalicə edilə bilən hallara aşağıdakılar daxildir:
Koordinatlar vasitəsilə müvafiq hədəfin müalicəsini həyata keçirən stereotaktiki radiocərrahiyyə (SRS) hədəfin 3-D koordinatlarının müəyyən edilməsindən sonra yüksək radiasiya dozası vasitəsilə vahd sessyada şişi tam aradan qaldırır. Qeyd edilən müalicə üsulu daha artıq sessiyalarda (ümumilikdə 3-5 sessiya) tətbiq edildiyi təqdirdə bu üsul Stereotaktiki Radioterapiya (SRT) adlanır.