Rəqəmsal Mammoqrafiya - ACIBADEM Sağlamlıq Qrupu
Tomosintezli Rəqəmsal Mammoqrafiya

Tomosintezli Rəqəmsal Mammoqrafiya

Erkən döş xərçəngini aşkar etmək üçün vacib prosedur

Tomosintezli 3-ölçülü rəqəmsal mammoqrafiya qurğusu döş xərçənginin erkən aşkarlanmasında əhəmiyyətli rol oynayaraq, aşağı radiasiya dozası ilə üç ölçülü tomoqrafiyanı təmin edir.

Tomosintezli 3 ölçülü rəqəmsal mammoqrafiya qurğusu ilə tərtib edilmiş tomoqrafiya təsvirləri diaqnozun dəqiqliyini artırır. Nazik laylar formasında götürülən döş qəfəsinin rəqəmsal təsvirlər seriyası sonrakı müayinə üçün döş qəfəsiin 3 ölçülü təsvirini yaradır. Bu şübhəli sahələrin effektiv skan edilməsinə imkan verir.

Bu qurğu minimal doza ilə iki və üç ölçülü dəqiq təsvirlər yaradan mammoqrafiya qurğusudur. Qeyd edilən qurğu  özünün iki ölçülü və çox kəsikli üç ölçülü tomosintez tomoqrafiya imkanı ilə xərçəngin erkən diaqnozunun qoyulması üçün hazırlanmışdır. Tomosintez kəsikləri diaqnozun dəqiqliyini artırır. Döşün kəsikli rəqəmsal təsvirləri alınır ki bu da sonrada döşün üç ölçülü təsvirlərini yaradır.

ənənəvi mammoqrafiya avadanlığı bir təsvirdə toxuma problemlərini əks etdirir, lakin bu qurğu döş kəsiklərinə rəqəmsal qaydada nəzər salmaq imkanı yaradır. Qeyd edilən xüsusiyyət problemli region və döş xərçəngi regionlarının tam olaraq təsvir olunmasını təmin edir.

MÜALİCƏ

TEXNOLOGİYA

ACIBADEM

×
Axtar