EOS (3D Skelet Sistemi Görüntüləmə) - ACIBADEM
EOS (3d Skelet Sistemi Tomoqrafiyasi)

EOS (3d Skelet Sistemi Tomoqrafiyasi)

Bu qurğu eyni zamanda onurğa və tam aşağı ətrafların ön, arxa və yan təsvirlərini təmin edən tomoqrafiya qurğusudur.

Hansı xəstəlikləri müalicə edir?

Bu qurğu skolioz və kifoz və həmçinin aşağı ətrafların bucaq deformasiyaları kimi onurğa əyriliklərində istifadə edilir.

Necə tətbiq edilir?

Qeyd edilən prosedur təxminən 20 saniyə vaxt aparır. Təsvir xəstənin düzgün vəziyyətdə olduğunda başlayır. Tam bədən və ya onurğa təsvirləri xəstənin tələbindən asılı olaraq tətbiq edilir.

Xüsusiyyətləri hansılardır?

Qurğu standart rəqəmsal rentgen qurğularından daha az radiasiya buraxır. Avadanlıq uşaqlarda istifadə edilən mikro doza parametri ilə təmin edilmişdir. Bu doza standart EOS dozalarından təxminən 10 dəfə azdır. Qeyd edilən qurğu cərrahi əməliyyatdan əvvəl aşağı ətraflarda əməliyyatı planlaşdırmaq və hesablamalar aparmaq üçün istifadə edilir. Bu qurğu cərrahlara əməliyyatdan əvvəl diz, baldır və skoliozdan əziyyət çəkən xəstələrin təsvirini almaqda kömək edən 3 ölçülü modelləşdirilməsini həyata keçirir.

MÜALİCƏ

TEXNOLOGİYA

ACIBADEM

×
Axtar