Flash CT - ACIBADEM Sağlamlıq Qrupu
Flash KT

Flash KT

Aşağı radiasiya dozası ilə sürətli kompüter tomoqrafiyası

FLASH KT 80% daha az radiasiya istifadə etməklə 4 saniyədən az bir müddətdə tam bədən üzvləri, xüsusən də ürək və ağciyər tomoqrafiya təsvirlərini almağa imkan yaradan yüksək texnologiyalı radioloji diaqnostik qurğudur. FLASH KT skan zamanı xəstənin həddindən artıq radiasiya udmasından qoruyaraq 0.25 saniyə ərzində ürəyin angioqrafik skanını həyata keçirə bilər. Sinə boşluğu skanı təxminən 0.6 saniyə davam edir və xəstənin nəfəsini saxlamasına ehtiyac yoxdur.

78 sm-lıq diametrlə, FLASH KT klaustrofobiya və ya piylənmə xəstəlikləri olan xəstələr üçün idealdır. FLASH kT sürətli tomoqrafiya qabiliyyəti vaxtında müdaxilə etməyi təmin etməklə uşaq və travma alan xəstələrin sürətli skanına imkan yaradır.

MÜALİCƏ

TEXNOLOGİYA

ACIBADEM

×
Axtar