Şişli kütlələrin erkən diaqnozu üçün qabaqcıl texnologiya
Tam bədən MRT müayinəsi bugün mövcud olan maqnit rezonans tomoqrafiya texnologiyaları arasında çox vacib diaqnostik qurğulardan biridir. Qeyd edilən qurğu 45 dəqiqə ərzində tam bədən skanının tamamlanmasına imkan yaradır və bu da xəstəlik simptomlarının ortaya çıxmasından əvvəl erkən mərhələdə şübhəli kütlələri aşkar etməyi asanlaşdırır.
Şübhəli xəstəliklərin diaqnostikasında istifadəsindən əlavə, tam bədən MRT müayinəsi həmçinin ümumi müayinə məqsədləri üçün istifadə edilir. Döş, prostat və mədə-bağırsaq şişləri üzrə tomoqrafiya prosedurlarında klassik metodla yanaşı istifadə edilməsi tövsitə edlir. Xəstə tam bədən MRT tomoqrafiya prosesi ərzində radiasiya şüası qəbul etmir. Ənənəvi tomoqrafiya proseslərindən fərqli olaraq qeyd edilən texnika xəstəyə venadaxili kontrast maddə inyeksiyasının vurulmasını tələb etmir.