Gamma Knife Icon 60 ildən artıq müddətdə öyrənilməklə Leksell Gamma Knife texnologiyasının altıncı nəslidir. Bu qurğu Leksell Gamma Knife ailəsinin daha dəqiq, daha rahat və daha təhlükəsiz modelidir.
Gamma Knife radiasiya terapiyasının bir hissəsi kimi beyin şişləri və digər beyin anormallığını müalicə edən stereotaktiki kəllədaxili radiocərrahiyyə texnikalarından biridir. Gamma knife radiocərrahiyyəsində, hədəflənən toxumalar bir sessiyada çox yüksək radiasiya dozası qəbul edir, bununla yanaşı beyin toxumaları isə yalnız cüzi radiasiya dozası alır. Bu prosedurun məqsədi şişin böyüməsinin qarşısını almaqdır.
Müalicə hər bir fərdi xəstənin tələbatlarına əsasən planlaşdırılır və bu tənzimlənən prosesi çox asan, sürətli, etibarlı, təhlükəsiz və düzgün yönümlü bir prosesdir. Gamma Knife kompüter proqram təminatı qamma şüalarının hədəfə çatmasını təmin etmək üçün müalicə planını sadə təlimatlar siyahısına qədər azaldır.
Müalicə stereotaktiki çərçivənin xəstənin başına yerləşdirilməsi ilə başlanılır. Bu bir neçə dəqiqədə asanlıqla həyata keçirilir və yalnız yerli keyitmə tələb edir. Çərçivə yerləşdirildikdən sonra, xəstə patologiyasına uyğun təsvir proseduru həyata keçirilir (məsələn, MRT, KT, angioqrafiya). Qeyd edilən müayinələr beyinin çox təfsilatlı və dəqiq xəritələrini yaradır. Bundan sonra müalicə xüsusi kompüterli planlaşdırma proqramından istifadə etməklə yüksək dəqiqliklə planlaşdırılır. Müalicə müvafiq təhlükəsizliklə ətraf beyin və sinir toxumalarını qoruyaraq millimetr ölçüdən az dəqiqliklə hədəfi əhatə etmək üçün tənzimlənir. Bundan sonra müalicə adətən 30 dəqiqədən saat yarımadək davam edən müddətdə həyata keçirilir. Qeyd edilən müalicə müddəti yalnız cüzi tibbi hallarda uzun ola bilər. Müalicə həyata keçirilən zaman, xəstə rahat şəkildə müalicə divanında uzanır və musiqiyə qulaq asır. Müalicədən sonra çərçivə çıxarılır və bir çox xəstələr elə həmin gün xəstəxanadan evə yazılır. Bir sıra digər cərrahi prosedurlardan fərqli olaraq Gamma Knife prosedurundan sonra xəstənin yenidən xəstəxanaya müraciət etməsinə ehtiyac qalmır. Xəstələr əvvəlki kimi öz gündəlik həyatına davam edir.
Gamma Knife beyin şişləri və digər beyin qüsurları üzrə ağrısız və qansız müalicə metodudur. Gamma Knife müalicəsinin üstünlükləri aşağıdakı kimidir:
Xoşxassəli beyin şişi olan xəstələr:
Qan damar xəstəlikləri olan xəstələr:
Bədxassəli şişə malik xəstələr:
Funksional xəstəliklərə malik xəstələr:
Hərəkət qüsuru olan xəstələr:
Açıq cərrahi əməliyyata girmədən imtina edən xəstələr:
Texnologiya ilə təmin edilmiş tibbi müəssisələr:
Acıbadem Altunizade Xəstəxanası