Travmatik və/ və ya kortəbii baş verən (ilkin) diz kalsinatları üçün bugünün geniş yayılmış müalicə metodlarından biridir. Navio Knee Robot dizin tam olaraq dəyişmədiyi protezlərdə istifadə edilir.
Cərrahi əməliyyat zaman, xəstənin anatomiyası rəqəmsal formata yüklənir. Xəstə üçün xarakterik olaraq qeyd edilən 3 ölçülü məlumat kompüterdə cərrah tərəfindən işlənilir və xəstə öz anatomiyasına ən uyğun ölçüdə protez komponentlərlə təmin edilir. Qurğunun proqram təminatı müvafiq xəstə üçün dizin anatomik strukturlarını aşkarlayır və riyazi hesablamalarla yumşaq toxuma tarazlığının yaradılması cərraha implantları daha uyğun və tarazlı şəkildə yerləşdirməsinə yardım edir.
Qabaqcıl üç ölçülü texnologiya olan Navio qurğusu xəstənin anatomik göstəricilərini virtual cərrahi plana çevirir. Qurğu korlanmış qığırdaq toxumasının standart mexaniki təraş planını yoxlamaq və zəruri olduqda hər hansı əməliyyat kəsiyi olmadan dəyişdirilməsinə (robot kompüter vasitəsilə virtual formada) imkan verir. Bu əməliyyat zamanı bərpa olunması mümkün olmayan hər hansı kəsik və təraş qüsurları riskini minimuma endirir.