Tomoterapiya - ACIBADEM Sağlamlıq Qrupu
Tomoterapiya HDA

Tomoterapiya HDA

Radioterapiyaya inteqrasiyalı yanaşma

TOMOTERAPİYA NƏDİR

TomoTherapy® radiasiyanın hissə-hissə tətbiq edilən radiasiya terapiya qurğusudur. O bir qurğuda kompüterli tomoqrafiya (KT) skan texnologiyasını birləşdirməklə intensivliyi modulyasiya olunmuş radiasiya terapiyasından (İMRT) təşkil edilmişdir.

Qurğu parametrlər

TomoTherapy® qabaqcıl texnologiyalarla yaradılan müalicə üsuludur və “qələm şüa/şüa çıxışı” texnikaları vasitəsilə hədəflənən xərçəng hüceyrələrini əhatə edir. Bu qurğu hər bir xəstə üzərində xüsusi, tənzimlənən radioterapiyanın həyata keçirilməsində istifadə edilir. The TomoTherapy® qurğusu terapevtik xətti akselerator ilə təchiz edilmişdir və yüksək səviyyəli 3D tomoqrafiya və həmçinin yüksək səviyyəli, spiral və 3D radioterapiyanı həyata keçirə bilər.

TomoTherapy® fərqli xərçəng növlərini dəqiqliklə hədəfə almaq üçün tomoqrafiya və müalicə prosedurunu özündə birləşdirən radiasiya terapiyasına inteqrasiyalı yanaşmanı təklif edir.

TomoTherapy® riskli yerlərdə yerləşən şişlərin müalicəsində istifadə edilir və əhatələndiyi sağlam toxumalar və hüceyrələrə zərər vurmadan radioterapiyanın həyata keçirilməsini mümkün edir. Radioterapiya tələb edən bütün onkoloji müalicələr TomoTherapy® HDA metodu ilə həyata keçirilə bilər. Yüksək dəqiqliyi sayəsində TomoTherapy® geniş ərazilərə radiasiya terapiyasının tətbiqini mümkün edir.

Göstərişlər

TomoTherapy® sistemi uşaq şişlərində, ikitərəfli döş şişləri, baş və boyun şişləri, laringeal şişlər və burun boşluğu şişləri, mezotelioma irradiasiyası (ağciyər və qarın ətraflarında), beyin və onurğa beyni şişləri (kraniospinal irradiasiya), kompleks radiasiya prosedurları və riskli orqanların qorunması (göz, onurğa beyni və hipokampus kimi), çoxsaylı şişlərin kortəbii eyni vaxtlı irradiasiyası (şüalandırılması), İG-İMRT texnikası vasitəsilə sümük iliyi və tam bədən radiasiyası, çoxsaylı metastazların irradiasiyasında xüsusən əhəmiyyətlidir.

Üstünlüklər

Bu texnologiya vasitəsilə, TomoTherapy® həssas strukturlara dəymədən kompleks şiş formarına uyğun dəqiq radiasiyanı tətbiq edə bilir. Hər bir müalicədən əvvəl şişin forması və vəziyyətini təsdiq etmək üçün daxili KT skanından istifadə etməklə, TomoTherapy® sağlam toxumalar və orqanlara radiasiya təsirini azalda bilər. Sağlam toxuma və orqanlara az miqdarda radiasiya tətbiq edilməsi səbəbindən yan təsirlər də azlıq təşkil edir. Maksimum radiasiya dozasına dözümlülük göstərən bir çox xəstələr TomoTherapy® ilə radioterapiya ala bilərlər.

Skan texnologiyası radiasiya şüalarının müvafiq gündə şişin ölçüsü, forması və yerinə əsasən hədəflənə bilməsi üçün hər bir müalicə sessiyasından əvvəl müalicənin 3D tomoqrafiyasını təmin edir. “Kəsik terapiyası” yanaşması şişləri qat-qat müalicə edir.

TomoTherapy® metodu başdan ayağadək bütün bədənin 3D tomoqrafiyalı, sürətli və dəqiq müalicə almasını mümkün edir.

TomoTherapy® qurğusunun digər zəruri parametri onun sürətidir. TomoTherapy® qurğu texnologiyası hətta kompleks müalicələrin çox qısa zamanda həyata keçirilməsini və həmçinin çox sayda bucaq altında davamlı modullaşdırmanı təmin edir. Bu optimallaşdırma üstünlüyü şişə yaxın olan orqan və toxumaların qorunmasına imkan yaradır və bu da öz növbəsində ikinci dərəcəli xərçəng riski və yan təsirlərin azalmasını və həmçinin xəstələrin həyat keyfiyyətlərinin artırılmasını təmin edir.

Müalicə prosesi

TomoTherapy® qurğusu xəstənin müalicə stolunda rahat yerləşməsi, radiasiya müalicələri alması üçün açıq, geniş və sirkulyar strukturlu qurğudur.  KT skaner əsaslı platformadan istifadə etməklə bu qurğu xəstə ətrafında 360 çevrə hərəkəti ilə şişə uyğun və homogen dozanın davamlı verilməsini təmin edir.

MÜALİCƏ

TEXNOLOGİYA

ACIBADEM

×
Axtar