VitalBeam® həkimin ən çox müalicə etdiyi halar üzrə dizayn və konfiqurasiya edilə bilən radioterapiya sistemidir. TrueBeam® sistemi kimi eyni texnologiyadan istifadə etməklə, VitalBeam® qabaqcıl halların effektiv və dəqiq şəkildə müalicəsini təmin edə bilir.
VitalBeam® ağıllı nəzarət sistemi həkimin effektiv və dəqiq yüksək keyfiyyətli müalicəni həyata keçirə biləcəyi tomoqrafiya, müalicə və hərəkətin idarə edilməsi kimi sistemin tam inteqrasiyalı parametrlərini sinxronlaşdırır və nəzarət edir.
Yüksək intensivlik rejimi ilə (3 foton və 6 elektron enerji) VitalBeam® dəqiq, sürətli və təhlükəsizdir.
VitalBeam® kompleks halların daha sürətli müalicəsi üçün yüksək intensivlik rejim (Flattening Filter Free) texnologiyasını təklif edir.
O tomoqrafiya, müalicə və hərəkət idarəçiliyi inteqrasiyasına malikdir. Özündə avtomatlaşdırılmış və idarəli iş axını kimi parametrləri özündə birləşdirməklə qeyd edilən sistem intuitiv interfeysə malikdir. İstem müalicənin planlaşdırılması və idarə edilməsini asanlaşdırmaq üçün ARIA® onkoloji məlumat sistemi və Eclipse™ müalicə planlaşdırma sistemi ilə inteqrasiya etmişdir. Bu parametr, avtomatlaşdırılmış, tənzimlənə bilən ardıcıllıqla kondensasiya tapşırıqlarını təmin edir.
VitalBeam® təsvir və hərəkətin idarə edilməsi, tənəffüs strobu üçün (gating) intensivliyi modulyasiya olunmuş radioterapiya (İMRT) və təsvir yönümlü radiasiya terapiyasını özündə birləşdirir. Ona daha sürətli İMRT, daha yüksək doza tətbiq sistemi və konus şüalı KT (CBCT) tomoqrafiya sistemi üzrə adaptiv Rapidarc texnologiyası daxildir. VitalBeam® ilə, müntəzəm müalicə sessiyasında intensivliyi modullaşdıran radioterapiya (İMRT) və RapidArc radioterapiya texnologiyası daxil olmaqla qabaqcıl radioterapiya texnikalarından istifadə edərək kompleks müalicələri tətbiq etmək mümkündür.
VitalBeam® texnologiyası bədən üzərində müalicələr üçün çoxyönlülüyü təmin edir. VitalBeam® sistemi baş və boyun, döş, ağciyər, çanaq, prostat və bir çox bu kimi geniş kompleks kliniki hallara ünvanlanır.
VitalBeam® müxtəlif xərçəng növləri üçün sürətli, qeyri-invaziv, ambulator müalicələri təmin edir.
VitalBeam® qısa doza tətbiq vaxtları və yüksək dəqiqliklə təsvirlərin alınmasına imkan yaradır.
VitalBeam® sistemi axın istiqamətli sistem yaratmaq üçün özündə tənəffüs strobu, tomoqrafiya və müalicəni birləşdirir.
VitalBeam® həkimə dəqiqliklə şişi aşkar etməyə, müalicə zamanı onun pozisiyasına nəzarət etməyə və yüksək dəqiqliklə xəstənin vəziyyətini tənzimləməyə imkan verir. VitalBeam® düzgün yerləşdirildikdə davamlı olaraq orqanların hərəkətinə nəzarət edir və yalnız radiasiya tətbiq edir. Tənəffüs strobu ilə, şiş hədəflənən sahədən çıxdıqda müalicə şüası avtomatik olaraq sönür.
Özünün 3-D təsvirlərini yaratmaqla, VitalBeam® əvvəlki təsvir yönümlü texnologiyalardan 25% daha az şüa dozasından istifadə edir.
VitalBeam® sisteminin bir hissəsi olan Varian RapidArc texnologiyası bir neçə dəqiqə ərzində xəstə ətrafında bir dəfə 360 dərəcə fırlanmaqla tez bir zamanda bədənə tam olaraq dəqiq 3-D radiasiya dozasını tətbiq edə bilər.
Sistem avtomatlaşdırılması müalicə vaxtının azalmasına kömək edir. Müalicə əsasən ambulator qaydada aparılır, sessiyalar bir saatdan az vaxt aparır və bu da xəstəyə gündəlik həyat tərzinə qayıtmasına imkan yaradır.
VitalBeam® hamar və sakit qaydada hərəkət edir. Özünün təkmilləşdirilmiş kommunikasiya texnologiyası ilə, həkim xəstənin özünü daha təhlükəsiz hiss etməsi üçün onunla daimi olaraq səsli əlaqədə olmasına imkan yaradır.