Sinə (döş qəfəsi) Cərrahiyyəsi - ACIBADEM Sağlamlıq Qrupu
Sinə (torakal) cərrahiyyəsi

Sinə (torakal) cərrahiyyəsi

Türkiyədə Acıbadem klinikasında  sinə (torakal) cərrahiyyəsi

Torakal cərrahiyyə, ağciyər xərçəngi də daxil olmaqla, sinə daxilində patoloji pozğunluqları müalicə edir. Ən son minimal invaziv üsullar Türkiyədə Acıbadem klinikasında mövcuddur.

Torakal cərrahiyyə nədir?

Sinə cərrahiyyəsi olaraq da bilinən torakal cərrahiyyə, sinə içərisində yerləşən orqanlara aiddir. Torakal cərrahiyyə, bir çox səbəblərə görə, körpələrdə anadangəlmə anomaliyalardan tutmuş, böyüklərdə travmatik zədələrə və ya döş qəfəsi xəstəliklərinə qədər  hər yaşda lazım ola bilər.  Sinə əməliyyatı traxeyanı, ağciyərləri, mediastinumu, diafraqmanı, yemək borusu və ya döş qəfəsini əhatə edə bilər.  Döş qəfəsi əməliyyatının ən çox görülən göstəricisi ağciyər xərçəngi və özofagus xərçəngi də daxil olmaqla xərçəngdir.  Ancaq bir çox digər vəziyyətlər, o cümlədən travma, qastro-ezofagial reflyüks, torakal çıxış sindromu (TOS) və ya hiperhidroz (həddindən artıq tərləmə) daxil olmaqla, torakal cərrahiyyə tələb edə bilər. Torakal cərrahiyyə əməliyyatları açıq cərrahiyyə və ya minimal invaziv üsullarla həyata keçirilə bilər.

Torakotomiya prosedurları

Torakotomiya döş qəfəsinin açılmasını əhatə edən böyük bir əməliyyatdır.  Qabırğalar və ya döş sümüyü vasitəsilə döş qəfəsindəki orqanlara çatmağa imkan verir.  Torakal cərrah, döş qəfəsinin və ya ağciyərin böyük bir sahəsi üzərində işləyərkən açıq torakotomiyadan istifadə etmək qərarına gələ bilər. Tez-tez Wedge rezeksiyası (ağciyər toxumasının kiçik bir hissəsinin çıxarılması), Lobektomiya (ağciyər loblarından birinin çıxarılması), Pnevmonektomiya (bütün ağciyərin çıxarılması) kimi prosedurlarla istifadə olunur.  Özofagektomiya və ya yemək borusunun böyük bir hissəsinin çıxarılması başqa bir ümumi döş əməliyyatıdır.  Timoma adlanan timusun şişləri timusun çıxarılmasını tələb edə bilər (timektomiya).  Bəzi hallarda, miyasteniya qravis müalicəsinin bir hissəsi kimi, bir timektomiya istifadə edilə bilər.

Acıbadem Torakal Cərrahiyyə şöbəsində döş qəfəsinin əsas əməliyyatları multidisiplinar şəkildə həyata keçirilir.  Təcrübəli torakal cərrahlarımız hər bir xəstə üçün hərtərəfli qayğı və müsbət nəticələri təmin etmək üçün radiologiya, onkologiya, qastroenterologiya üzrə mütəxəssislərlə əməkdaşlıq edir.

Minimal-invaziv torakal cərrahiyyə

Son tibbi inkişaflar, torakal əməliyyatı daha az invaziv və xəstələr üçün daha rahat edir. Son minimal invaziv metodlar video köməyini istifadə edir və kiçik kəsiklər vasitəsilə girişə imkanı verir. Açıq sinə əməliyyatından fərqli olaraq, minimal invaziv üsullar qabırğaların və ya döş sümüyünün kəsilməsini tələb etmir. Minimal invaziv sinə əməliyyatı üçün iki seçim mövcuddur:

Video köməkli torakal cərrahiyyə.(VATS). VATS- 2-3 sm uzunluğunda kiçik kəsiklərdən və mikro alətlərdən istifadə edərək  minimal  invaziv cərrahi bir yanaşmadır. Torakal cərrahın  yüksək rezolyusiyaya malik monitorlarda döş qəfəsini izləməsinə imkan yaratmaq üçün, kəsiklərdən birinə kiçik bir video kamera daxil edilir.

Robotik torakal əməliyyat. Bu cərrahi prosedur VATS-a bənzəyir, lakin o, torakal cərrahın konsoldan idarə olunan robot sistemini əhatə edir. Robotun köməyi ilə döş qəfəsi əməliyyatı,  geniş hərəkət diapozonuna imkan verən robot alətləri vasitəsilə kiçik kəsiklərlə həyata keçirilir.

Minimal invaziv torakal əməliyyatların əsas üstünlükləri  toxumaların minimal zədələnməsi, daha az ağırlaşma, daha qısa xəstəxanada qalma müddəti, əməliyyatdan sonra döş qəfəsində ağrıların azalması, daha kiçik çapıqlar, əməliyyatdan  sonra  daha sürətli sağalma və yüksək xəstə məmnuniyyət dərəcələridir.

Minimal invaziv torakal cərrahiyyə üçün namizəd kimdir?

Təxminən bütün ənənəvi torakal əməliyyatlar minimal invaziv üsullardan istifadə etməklə həyata keçirilə bilər. Acıbadem Torakal Cərrahiyyə şöbəsində, bu, sinə əməliyyatına ehtiyacı olan hər bir xəstə üçün ilk seçimdir. Lakin minimal invaziv cərrahiyyə hər kəs üçün ən yaxşı həll yolu deyil. Bəzi xəstələrin,  xəstəliyinin patologiyasından və onun yerindən asılı olaraq açıq əməliyyata ehtiyacları ola bilər. Hər bir xəstə üçün ən uyğun müalicə tibbi Onkologiya, Radiasiya Onkologiyası, Pulmonologiya, Torakal Cərrahiyyə, Radiologiya, Patologiya və Nüvə Təbabəti üzrə təcrübəli həkimlərin iştirakı ilə multidissiplinar şura tərəfindən ətraflı qiymətləndirmədən sonra müəyyən edilir.

Xəstəxanada nə qədər qalacağam?  

Sinə cərrahiyyəsindən sonra sağalma müddəti  üçün nə qədər vaxtın  lazım olmağı  xüsusi haldan, tətbiq olunan cərrahi prosedurdan və əməliyyatı həyata keçirən torakal cərrahın bacarıqlarından asılıdır. Adətən, sağalma müddəti açıq əməliyyatla müqayisədə minimal invaziv prosedurlardan sonra daha qısadır.   Acıbadem Torakal Cərrahiyyə şöbəsində,  xəstəxanada orta qalmaq müddəti  1 və  4 gün arasında dəyişir.  Adətən, ağciyər xərçəngi cərrahiyyəsi, ağciyər xərçəngi əməliyyatları üçün reanimasiya şöbəsində 1 gecə qalmaq tələb olunur. Digər əməliyyatlarda bu həmişə lazım gəlmir.

Prosedurdan sonra nə baş verir?

Əməliyyat xəstələrə fərqli təsir göstərir.   Buna görə, əməliyyatdan sonrakı sağalma müddəti xəstənin səhiyyə tarixinə, ümumi sağlamlıq vəziyyətinə və cərrahın təcrübəsinə görə dəyişə bilər. Adətən, xəstələr minimal invaziv prosedurları ilə xəstəxanadan çıxdıqdan sonra 1-5 gün sonra normal həyatlarına qayıda bilərlər, açıq əməliyyat hallarında isə sağalmaq üçün bir neçə həftə tələb olunur. Xəxtəxanadan çıxdıqdan sonra, tibb qrupumuz, hər bir xəstə üçün yara baxımı, fiziki fəaliyyət, pəhriz və sonrakı müayinələr ilə bağlı xüsusi təlimat verir.

Acıbademdə həyata keşirilən sinə əməliyyatı növləri

Acıbadem Torakal  Cərrahiyyə şöbəsi, yalnız mürəkkəb sinə xəstəliklərinin diaqnozu və müalicəsi, o cümlədən dünyanın bir neçə qabaqcıl tibbi mərkəzində həyata keçirilən qabaqcıl cərrahi üsulların diaqnozu və müalicəsində tam xidmətlər göstərir. Müalicə etdiyimiz şərtlər daxildir, lakin bunlarla məhdudlaşmır:

Ağciyər xərçəngi: Acıbadem ağciyər xərçəngi əməliyyatında görkəmli nailiyyətləri ilə tanınır. Komandamız Türkiyədə erkən mərhələli ağciyər xərçəngi üçün tək portlu video yardımlı torakoskopiyanı həyata keçirməkdə birinci oldu.

Özofagus xərçəngi. Özofagektomiya və ya özofagusun bir hissəsini cərrahi yolla çıxarılması tələb oluna bilər. Bəzi hallarda əməliyyat minimal invaziv üsullarla həyata keçirilə bilər.

Mediastinal kistlər və şişlər. Cərrahi rezeksiya minimal invaziv metodlarla mümkündür.

Emfizem. Emfizem Cərrahiyyəsi bəzi xəstələrə daha yaxşı nəfəs almağa və dərmanlar yetərli olmadıqda daha uzun yaşamağa kömək edə bilər.

Plevral xəstəliklər.  Plevral mezoteliomanın müalicəsi, plevra boşluğu problemləri, o cümlədən torakosentez, boru torakostomiyası, plevral effuziya, pnevmotoraksınin idarə edilməsi, plevrektomiya, dekortikasiya və drenaj, və empiyemanın rezeksiyası üçün əməliyyatlar.

Sinə divarının deformasiyaları. Huni sinə deformasiyası, döş qəfəsi və digər sinə divar deformasıyaları və ya travmatik sinə divar qeyri-sabitliyi ilə əlaqəli əməliyyatlar.

Uşaqlarda anadangəlmə sinə pozğunluqları. Uşaq xəstələrmiz üçün kiçik kəsikləri olan qapalı, minimal invaziv üsullardan istifadə edirik.

Torakal çıxış sindromu. TOS cərrahiyyəsi sıxılma və simptomları aradan qaldırmaq üçün istifadə olunur.

Hiperhidroz. Torakal  Simpatektomiya, həddindən artıq tərləmə ilə mübarizə aparan sinir əməliyyatıdır.

Niyə torakal əməliyyat üçün Acıbademi seçirsiniz?

Torakal cərrahiyyədə uğurlu nəticələr üçün  qabaqcıl avadanlıq və geniş təcrübə mütləqdir. Acıbademdə, dünyanın ən böyük Torakal Cərrahiyyə Assosiasiyası, o cümlədən Avropa Ürək-Torakal Cərrahiyyə Şurasının  (EBCTS) geniş beynəlxalq təcrübəyə malik dünya səviyyəli torakal cərrahlar işləyir. Komandamız ilk dünya miqyasında və Türkiyədə birinci, ən az invaziv ağciyər xərçəngi əməliyyatı olan tək VATS portlu üsulu tətbiq edənlər arasında idi. Ən müasir avadanlıq və multidissiplinar yanaşma, xəstələrimizin həyatını ən yaxşı şəkildə yaxşılaşdırmağa kömək edir.

MÜALİCƏ

TEXNOLOGİYA

ACIBADEM

×
Axtar