Aşağıda qeyd edilən qulaq, burun və boğaz qüsurları bizim klinikada müalicə edilir.
Otologiya və neyrotologiya şöbəsi aşağıdakı prosedurları həyata keçirir: tinnitus müalicəsi, başgicəllənmə müalicəsi, qulaq boşluğu və orta qulaq qüsurları üzrə cərrahi əməliyyatlar, otoskleroz cərrahiyyə, karlıq diaqnozu və müalicəsi, bionik qulaqlar kimi tanınan koxlear implantların cərrahi implantasiyası, eşitmə cihazlarının bərpası və cərrahi yolla implantasiya edilən eşitmə qurğuların işlənməsi. Həmçinin eşitmə atreziya cərrahiyyəsi, BAHA tətbiqi, mikrotia bərpası həyata keçirilə bilər.
Ən müasir metodlardan istifadə etməklə otolarinqoloji cərrahiyyə aşağıdakı xəstəlikləri müalicə etmək üçün tətbiq edilir: qulaq, burun, boğaz, ağız boşluğu, burun fossası, qırtlaq, tüpürcək vəzisi və qalxanvari vəz və boyunda bütün xoşxassəli və bədxassəli şişlərin diaqnozu və müalicəsi. Cərrahi müalicədən əlavə, cərrahiyyə əməliyyatsonrası toxuma itkisinin bərpa edilməsi və onkoloji müalicələr bizim xəstəxanalarda təqdim edilir.
Bizim Rinologiya şöbəmiz burun tıxanıqlığının diaqnoz və müalicəsi, allergiya müalicələri və sinus şərtlərinin tibbi və cərrahi müalicələri kimi tibbi və cərrahi prosedurları müvəffəqiyyətlə həyata keçirir. Xoanal atreziya kimi anadangəlmə burun problemləri uğurla aradan qaldırılır.
Bugün endoskopik texnikalar sinus cərrahiyyəsində geniş istifadə olunur. Bizim klnika cərrahiyyə nəticəsində ağırlaşma riskini azaldan ən yeni “Cərrahi naviqasiya sistemindən” istifadə edir. Bu üsulla, potensial yan təsirlər maksimum aşağı səviyyəyə endirilir. Qeyd edilən texnologiya xüsusən anatomik dəyişkənlik nəticəsində əvvəlcədən cərrahi əməliyyatdan keçmiş və ya şişli xəstələr üçün yararlıdır.
Üz plastik cərrahiyyəsi son illərdə çox inkişaf etmiş sahədir. Rinoplastikadan əlavə biz aşağıdakılar daxil olmaqla bir çox prosedurlar təklif edirik: çıxıntılı qulaqların korreksiyası, üz qırışlarının müalicəsi (BOTOX, dolğular), üz qaldırma (feysliftinq) (cərrahi və ya tikişlə qaldırma üsulu ilə), boynun qaldırılması, sallanan göz qapaqlarının korreksiyası və blefaplastika (göz kisələrinin götürülməsi). Klinika həmçinin otoqnatik cərrahiyyə, uşaqlarda qulaq, burun və boğaz xəstəliklərinin müalicəsini müvəffəqiyyətlə həyata keçirir. Bizim klinika belə kompleks müalicə təklifləri verən çox az mərkəzlərdən biridir. Bizim mütəxəssis həkimlərimiz badamcıq və adenoid əməliyyatlar məhdudlaşdırılmadan aşağıdakılar daxil olmaqla uşaq otolarinqologya şöbəsində prosedurları həyata keçirir: anadangəlmə anormallığın müalicəsi (qulaq və ya burunsuz doğuş, damaq yarığı), anadangəlmə boğaz anormallığı və anadangəlmə kista və kütlə ilə əlaqəli nəfəsalma çətinliyi.
Səs və udma qüsurları şöbəsi disfoniya (səsin itməsi), səs qüsurları, udmada çətinlik və sialorreya (həddindən artıq tüpürcəyin ifraz olması) daxil olmaqla zəruri müayinə, reabilitasiya, müalicə və cərrahi əməliyyatların həyata keçirilməsini təmin edir.
Lumenis CO2 lazer qurğusu ən son qurğudur və dünya üzrə çox az tibb müəssisələrində istifadə edilir. Bizim ixtisaslı mütəxəssislərimiz səs tellərinin qüsurları (poliplər, lezyonlar), traxeal stenoz (şişlər) və boğaz xərçəngi daxil olmaqla müxtəlif xəstəliklərin müalicəsində qeyd edilən qurğudan istifadə edir. Ağız və burun şişləri və dəri lezyonları minimal qanaxma ilə qeyd edilən lazer vasitəsilə müalicə edilə bilər. Bununla təsdiq edilmişdir ki, lazer tənəffüs yolu ilə keçən virus infeksiyası olan papillomanın müalicəsində çox böyük fayda verən bir müalicə növüdür. Lazer həmçinin CO2 lazer plastik cərrahiyyəsində dəri lezyonlarını müalicə etmək üçünistifadə edilir.
Xoruldama və yuxuda tənginəfəslikdən əziyyət çəkən xəstələr bizim xəstəxanada müayinə edilir. Yuxu pozğunluğu bizim yuxu pozğunluğu laboratoriyamızda analiz edilir və bundan sonra müvafiq müalicə metodu (cərrahi və ya CPAP- tənəffüs yollarını açıq saxlamaq üçün hava təzyiqini idarə edən maska) təklif edilir.
Audiologiya və Nitq qüsurları şöbəsi aşağıdakı prosedurları həyata keçirir: eşitmə müayinəsi, balans testi, tinnitus reabilitasiyası, balans qüsurunun müalicəs, nitq və disfaqiya müalicəsi, eşitmə qurğularının seçilməsi və tətbiqi, anadangəlmə eşitmə qüsuru və ya karlığından əziyyət çəkən xəstələr üçün koxlear implantlar. Qeyd edilən prosedurdan sonra istənilən prosedur və reabilitasiya öncəsi bütün testlər bizim mütəxəssis audioloqlarımız vasitəsilə həyata keçirilir. Bizim Audiologiya şöbəmiz ən son texnologiyadan istifadə edir və audioloji testlər standart səssiz otaqda həyata keçirilir. Klinika video ENG, caloric testlər və pozisyon testləri həyata keçirir. Xəstələr həmçinin eşitmə cihazlarını özləri seçə bilər. Klinika tinnitusu müalicə etmək üçün tələb edilən bütün texnologiya ilə təmin edilmişdir.
Koxlear implant (bionik qulaq implantı) kəskin və dərin sensor sinir eşitmə problemi (sinif karlığı) olan şəxslərə eşitmə imkanı yarada bilən kompüterləşdirilmiş qurğudur. Bu qurğu bədənin beş sinirlərindən biri olan eşitmə sinirini bərpa etmək qabiliyyətinə malik yeganə texnologiyadır. Eşitmə cihazından az da olsa faydalana bilən şəxslər koxlear implant namizədi kimi nəzərə alınır. Dünya üzrə koxlear implantlardan faydalanan 400.000-dən çox uşaq və böyük vardır. Gələn səsi artıran səs cihazlarından fərqli olaraq, koxlear implant səs dalğalarını elektrik siqnallara dəyişir. Eşitmə cihazları daxili qulaqda tel hüceyrələrinin funksionallığını tələb edir, amma koxlear implantlar zədələnmiş tel hüceyrələrindən yan keçməklə danışıq və ətraf mühit səslərini elektrik siqnallara çevirir və qeyd edilən siqnalları eşitmə sinirinə göndərir.
Koxlear implant iki əsas komponentə malikdir:
Mikrofon səsi tutur, və nitq prosessoruna onu fərqli elektrik siqnallarına çevirir. Qeyd edilən siqnal və ya kodlar nazik kabel boyunca başlığa ötürülür və qulaqda implantasiya edilmiş elektrodlara radio dalğalar vasitəsilə dəri boyunca ötürülür. Elektrod siqnallar eşitmə sinir liflərin beyinə məlumat ötürməyə sövq edir və bu da sonradan səsə çevrilir.
Koxlear implant cərrahiyyəsi adətən ümumi anesteziya altında ambulator prosedur kimi həyata keçirilir. Orta qulaq sahəsinə keçmək üçün mastoid sümüyü açmaq məqsədilə qulağın arxasına kəsik atılır. Orta qulaq sahəsi göründükdə, qulaq açılır və implant elektrodlar daxil edilir. Elektrod matrisa bazasında elektron qurğu sonradan qulağın arxasındakı dərinin altına yerləşdirilir.
Bu cərrahiyyə eşitmə cihazından faydalanmayan 12 aydan böyük şəxslər üzərində həyata keçirilə bilər.
Bizim koxlear implant heyətimiz büten qulaq patologiyaları sahəsində geniş təcrübəyə malik bir neyrotologiya cərrahı və iki audiologiya (eşitmə) həkimlərindən ibarətdir. Əməliyyatöncəsi qiymətləndirmə, əməliyyatdaxili hesablamalar və əməliyyat sonrası reabilitasiya hər bir xəstə üzərində ən son texnologiyadan istifadə etməklə dəqiqliklə həyata keçirilir. Cərrahiyyə ən müasir tibbi avadanlıqdan istifadə etməklə tam təhlükəsiz şəkildə həyata keçirilir.