Qastroenterologiya klinikasında, həzm sistemi xəstəliklərinin diaqnoz və müalicəsi həyata keçirilir. Bundan əlavə klinika iltihabi bağırsaq xəstəlikləri üçün mərkəzə malikdir.
Klinika tərəfindən təmin edilən xidmətlər aşağıda qeyd edilmişdir:
Qastroduodenoskopiya və kolonoskopiyadan başqa, texnoloji cəhətdən tam təminatlı Endoskopiya şöbəsi ERCP kimi qabaqcıl prosedurların müntəzəm olaraq həyata keçirilməsini təmin edir.
Kron xəstəlikləri qida borusunun bir və ya daha artıq regionlarında, mədədə və nazik və yoğun bağırsaqlarda, həzm sisteminin bütün komponentlərində yarana bilər və qeyd edilən regionlarda qalınlaşma və xoranın yaranmasına səbəb olur. Xoralı kolit yoğun bağırsaqda yaranır. Bu yoğun bağırsaq daxili qatlarında ortaya çıxan xəstəlik olaraq (selik) qeyd edilir. Xəstəlik selikdə iltihabi və qanayan yaraların ortaya çıxmasına (xoralar) səbəb olur. Xroniki xəstəlik olaraq, nəzarət altında saxlanılmalıdır. Yuxarıda qeyd edilən xəstəliklər qrupu üzrə xüsusi olaraq təsis edilmiş xəstəlik daxili mərkəz yaxın illərdə formalaşma müntəzəmliyi artan xəstəliklərlə əlaqəli xidmətləri təmin edir. Bu mərkəzdə qeyd edilən xəstəliklərin diaqnozu və müalicəsi qastroenterologiya və cərrahiyyə mütəxəssisləri tərəfindən ən son texnologiyaya əsasən həyata keçirilir.