Acıbadem Healthcare Group Nevrologiya və Neyrocərrahiyyə Şöbələri çoxistiqamətli yanaşma ilə bir çox kompleks qüsurları müalicə edir. Böyüklər və uşaqlar üçün həm neyrologiya və həm də neyrocərrahiyyə proqramları xəstələrimiz üçün təfsilatlı baxımı təmin etmək üçün digər pediatrik, radioloji və onkoloji sahələrlə yaxından əməkdaşlıq edir.
Acıbadem neyrocərrahları və nevroloqları bir çox kompleks nevroloji qüsurları qiymətləndirmək və müalicə etmək və ən müasir müalicə üsullarını tətbiq etmək sahəsində təcrübəyə malikdir. Acıbadem neyrocərrahları neyrocərrahiyyə sahəsində tətbiq olunan ən son texnologiyadan istifadə edir.
Acıbadem xəstəxanalarında bütün növ neyrocərrahiyyə əməliyyatları həyata keçirilə bilər.
Kəllə əsası lezyonları incə və mürəkkəb anatomik regionda beyin əsasında yerləşən şiş və damar lezyonları qrupundan təşkil edilmişdir. Qeyd edilən lezyonların müalicəsi normal anatomiya və funksiyanı eyni zamanda saxlanılması və müdafiəsini təmin edərək şişlə əlaqəli problemləri həll etmək zəruri olduğu üçün həkimlər üçün böyük çətinlik yaradır. Bununla qabaqcıl cərrahi bacarıqlar, təcrübə və ən yüksək texnologiyalar qeyd edilən əməliyyatın aparılması üçün tələb edilir. Acıbadem Healthcare Group xəstəxanalarında, meningioma, xordomalar, şvannomalar və anevrizm və arteriya damar və kavernoz qüsurlar kimi kəllə əsasının damar qüsurları kimi şişlər daxil olmaqla bütün kəllə əsası patologiyaları üzrə əməliyyatları müntəzəm olaraq həyata keçirilir. 3TƏməliyyatdaxili MRT və Gamma knife radiocərrahiyyəsi Acıbadem-də tətbiq edilməklə qeyd edilən müalicələrin daha təhlükəsiz qaydada həyata keçirilməsinə imkan yaradır. Bizim neyrocərrahiyyə şöbəmiz beynəlxalq təşkilatlarda üzvlərlə və liderlik qabiliyyəti və beynəlxalq yığıncaqların təşkil edilməsi və belə yığıncaqlarda iştirak etməklə dünyanın aparıcı mərkəzlərindən biridir.
Acıbadem Healthcare Group Böyüklər və Uşaqlar üçün Neyrocərrahiyyə şöbəsi epilepsiya cərrahiyyəsində tətbiq edilən bütün növ cərrahi müdaxilələri həyata keçirir. Epilepsiyanın ilkin müalicəsinin tibbi müalicə olmasına baxmayaraq xəstələr təxminən 20-30% hallarda dərman vasitələrinə qarşı hər hansı reaksiya vermirlər. Belə xəstələr üçün alternativ müalicə yolu cərrahiyyədir. Bütün üç epilepsiya cərrahiyyəsi metodları (rezektv cərrahiyyə, ayırma cərrahiyyəsi və vaqal (gəzən) sinir stimulyasiyası) Acıbadem Health Group xəstəxanalarında müvəffəqiyyətlə icra edilir.
Dərman vasitələri ilə müalicə
Xəstə ona epilepsiya diaqnozu qoyulduqdan dərhal sonra dərman vasitələri ilə müalicəyə başlayır. İstifadə olunacaq dərman vasitələrinin növü barədə qərar epilepsiya ölçüsü, kateqoriyası, EEQ və MRT nəticələr nəzərə alınmaqla verilir. Ən çox müşahidə edilən yan təsirlər dərinin soyulması, qaraciyər funksiyalarının artması, və onurğa beynində təzyiqdir. Xəstə qohumları qeyd edilən yan təsirlər barədə məlumatlandırılır və xəbərdar edilir. Müəyyən intervallarla xəstənin qaraciyər funksiyasının bərpa edilməsi üzrə dərman vasitələri və qan analizi tələb edilə bilər. Belə halların hər bir xəstədən asılı olaraq dəyişməsinə baxmayaraq, ən az iki il müddətində qeyd edilən dərman vasitələrindən istifadə davam etdirilməlidir. Qeyd edilən müddətin sonunda onun dayandırılması həkim nəzarətindən sonra həyata keçirilə bilər. Cərrahi yolla müalicə dərman vasitələrinə reaksiya verməyən xəstələr üzərində həyata keçirilə bilər (davamlı epilepsiya). Bir çox xəstələrin MRT cavabları anomal halları aşkar edir. Qeyd edilən xəstələr fokal rezeksiya (əlaqəli sahənin kəsilib çıxarılması), korpus kallosotomiya (beyin yarımkürələrinin ayrılması), hemisferektomiya (yalnız beyinin zədələndiyi hallarda beyinin bir yarımkürəsinin ayrılması) və batereyalar (gəzən sinir stimulyasiyası) kmi metodlarla müalicə edilir.
Bütün növ neyrocərrahi əməliyyatlar Acıbadem xəstəxanalarında həyata keçirilir.
Qeyd edilən mərkəzdə, xəstələr epilepsiya üzrə tibb və cərrahi müalicələr alırlar. Uşaq epileptologiyası, uşaq neyrologiyası, uşaq beyn cərrahiyyəsi, pedaqoqika, neyroradiologiya, nitq terapiyası və fizioterapiya kimi şöbələr qeyd edilən mərkəzdə əməkdaşlıq vasitəsilə yaxından fəaliyyət göstərirlər.
Aylıq olaraq ölkə üzrə spastik uşaqlar üçün müalicələri qiymətləndirmək və planlaşdırmaq məqsədilə uşaq və funksional neyrocərrahlar, uşaq neyroloqları, ortopedlər, nitq terapevtləri və reabilitasiya mütəxəssislərinin çoxistiqamətli heyəti spastikaya həsr edilmiş şura yığıncağı keçirir. Müvafiq xəstələr üzərində Baclofen Pump mplantasiyası, pallodotomiyalar, talamotomiyalar, Dərin beyin stimulyasiya implantasiyaları və Selektiv Dorsal Rizotomiyalar qənaətbəxş nəticələrlə həyata keçirilir.
Hər bir belə yığıncaqda, yüksək təcrübəli həkimlər və tibbi infrastruktur vasitəslə müalicənin yüksək zəmanət dərəcəsi uğurlu dərəcələrə yol açır və beynəlxalq tibbi ortalamanı keçir.
Serebral iflic doğuşdan əvvəl və sonra və ya doğuş zamanı beyin zədələnməsi ilə əlaqəli hərəkət pozğunluğudur.
Serebral iflic müxtəlif təsnifatları özündə birləşdirir və beyində zədənin yeri ilə əlaqəli kateqoriyalara ayrılır:
Spastiklik qol və ayaqlarda olan əzələ tonusunun artmasıdır. Bu hərəkəti məhdudlaşdırır. Bədəndə spastiklik yerinə əsasən növlərə ayrılır:
Reabilitasiyanın hər hansı nəticəyə gətirib çıxarmadığı, spazmanın uşaqda gündəlik baxımı çətinləşdirdikdə və ağrıya səbəb olduqda Spastip cərrahiyyə həyata keçirilməlidir.
Uşağın inkişafının qarşısını alan əzələlərin qısaldılması və ya oynaqlarında struktur nizamsızlıq ortopedik müdaxiləni tələb edir.
Serebral iflicdə xüsusi təhsil uşağın fiziki çatışmazlıqlarına müdaxilə etməklə və uşağa zəruri olan əlavə avadanlıqdan istifadə barədə təlimatlandırmaqla başlayır. Qeyd edilən avadanlıqdan sərbəst istifadə edildikdən sonra, qeyd edilən fərdin əqli performansına əsasən təhsil planlaşdırılacaqdır.
Xəstə dil inkişafı və nitq xüsusiyyətlərinin inkişaf etdirilməsi, ünsiyyət səviyyəsi və metodlarının müəyyən edilməsi əsasında qiymətləndirilir. Sərbəst gündəlik həyat imkanlarını artırmaq məqsədilə ünsiyyət məqsədləri müəyyən edilir və müalicə təyin edilir. Ailə dəstəyi və təhsili daxil olmaqla qida terapiyası çeynəmə və udma qabiliyyətinin qiymətləndirilməsi əsasında təmin edilir. Alternativ ünsiyyət sistemləri və digər terapiya alətlərinin seçilməsi və istifadəsi ailə üçün ünsiyyət qurmaq məqsədilə ən uyğun vasitədir.
Serebral iflic müalicəsi çoxistiqamətli heyət vasitəsilə həyata keçirilir. Bütün heyət üzvləri serebral iflici olan uşağın müalicə keçdiyi mərkəzdə iştirak etməlidir. Xəstənin birgə qiymətləndirilməsi üçün bütün heyət üzvlərinin iştirakı ilə müntəzəm yığıncaqlar keçirilməlidir. Qeyd edilən yığıncaq məqsədi bütün heyət üzvləri tərəfindən xəstənin qiymətləndirilməsi və müalicə planının işlənib hazırlanmasıdır.
Acıbadem xəstəxanalarında serebral iflic müalicəsi çoxistiqamətli konsiliumlar tərəfindən həyata keçirilir. Qeyd edilən heyət uşağın hərəkəti və yerişini yoxlamaq üçün uşaq beyin cərrahları, ortopedlər, uşaq neyroloji mütəxəssisləri, radioloqlar, nitq terapevtləri, laboratoriya heyətindən ibarətdir. Konsilium pulsuz həyata keçirilir. Xəstələr konsiliumda iştirak etməklə müayinə edilir.
Yerişin yoxlanılması nədir? Bu hərəkətin çoxsaylı qiymətləndirilməsi, müəyyən edilməsi və qiymətləndirilməsidir. Fiziki müayinə heç də həmişə yeriş qüsurlarına səbəb olan oynaq və ya əzələni müəyyən etmək üçün kifayət etmir. Yeriş qüsurunu aradan qaldırmaq üçün beyin kompensasiya mexanizmlərindən istifadə edir – bu da əsas sahə və ya əzələ qüsurlarının müəyyən edilməsində çətinlik yaradır. Bununla problemin şərh edilməsi, qeydə alınması və təkrar qiymətləndrilməsi və müalicənin effektivliyinin obyekt qaydada qiymətləndirilməsi üçün yeriş analiz texnologiyasından istifadə edilməlidir. qeyd edilən yeriş analizi yüksək dəqiqliklə hərəkət pozuntusunu müəyyən edir.
Bu ağşrı və yorğunluğa səbəb olmur və xəstələr buna asanlıqla öyrəşir.
Hərəkət analizi üzrə üç müxtəlif növ analiz mövcuddur: