Orqan nəqli

Orqan nəqli

Orqan transplantasiyası üzrə ilk eksperimentlər yüz ildən çox əvvəl həyata keçirilmişdir. Erkən araşdırmalarda, transplantasiya eksperimentləri yalnız heyvanlar üzərində həyata keçirilmişdir. İnsanlar üzərində birinci orqan transplantasiya əməliyyatı təxminən əlli il əvvəl həyata keçirilmişdir. Tibb və sağlamlıq sahəsində əldə olunan nailiyyətlər sayəsində, orqan transplantasiyası yekun olaraq insan həyatını xilas etmək səviyyəsinə çatmışdır.

Bir çox kompleks müalicələr üzrə istinad mərkəzi kimi, Acıbadem Healthcare Group orqan və toxuma transplantasiyası daxil olmaqla Türkiyədə bir çox ilklərə imza atmışdır. Acıbademin imza atdığı ilklər arasında ən aşağı çəkiyə malik körpə üzərində birinci böyrək əməliyyatı, 84 yaşlı donorun birinci donor neftektomiyası, birinci vahid-portlu donor nefrektomiyası, NOTES metodu ilə uşaqlıq vasitəsilə birinci donor nefrektomiyası, beyin ölümü diaqnozu ilə 85 yaşlı donordan birinci böyrək transplantasiyası və ana donordan 8 yaşlı uşağa qaraciyər hissəsinin birinci transplantasiya əməliyyatları qeyd edilən nailiyyətlər arasında yer almışdır.

Hər gün orqan transplantasiyası sahəsində vədedici üstünlüklər əldə edilir. Qəbul edənlər və donorlar, həmçinin alim və həkimlər daha sağlam və daha uzunömürlü həyatları təmin etməyə çalışır.

Orqan və ya toxumanın funksiyasının itirməsi bədənin asta və ya bəzən sürətlə korlanmasına səbəb ola bilər. Orqan qüsurları olan xəstələr üçün çoxsaylı müalicə seçimlərinin olmasına baxmayaraq müalicə üstünlüyü, həyat keyfiyyəti və sərfəli qiymət şərtləri ilə transplantasiya ən yaxşı alternativ hesab edilir.

Orqan/ toxuma transplantasiyası bir kəsdən və ya donordan orqan və ya toxumanın xəstəyə köçürülməsidir. Orqan və ya toxuma transplantasiyasının səbəbi zədələnmiş və ya olmayan orqan və ya toxumanın əvəz edilməsidir. Böyrək çatışmazlığı, qaraciyər çatışmazlığı, ağciyər və ya ürək xəstəlikləri, I qrup şəkərli diabet və leykemiya kimi bir sıra xərçəng növləri orqan və ya toxuma transplantasiyası vasitəsilə müalicə olunma şərtləridir.

Orqan və ya toxuma transplantasiyası avtoqraft adlanan eyni şəxs üzərində və ya alloqraft adlanan digər şəxs üzərində həyata keçirilə bilər.

Donor növü ilə əlaqəli iki orqan və ya toxuma transplantasiyası mövcuddur: yaşayan donorlardan və ölmüş donorlardan (beyin ölümü ilə reanimasiyada olan xəstələr). İnsanların iki böyrəklə doğulması və bir böyrəklə yaşamına davam edə bilməsini və qaraciyərn regenerativ orqan olmasını nəzərə alaraq, böyrək və qaraciyər yaşayan donordan transplantasiya edilə bilər.

ACIBADEM Orqan transplantasiya Mərkəzlər özünün təcrübəli mütəxəssisləri, ən son texnologiyası və uğurlu qaraciyər transplantasiyası ilə daim diqqət mərkəzindədir.

Özünü bərpa edə bilən yeganə orqan

Qaraciyər bizim bədənimizdə ən qəliz və metabolik aktiv orqan hesab edilir. Buna baxmayaraq qaraciyər onun 70% toxumasının çıxarıldığı təqdirdə belə öz funksiyasını davam etdirir. Qaraciyər donoru özünün qaraciyərinin yarısından çoxunu transplantasiya üçün təqdim etdikdə hər hansı itki və ya ciddi ağırlaşma olmadan yerdə qalan hissə öz funksiyasını davam etdirə bilər. Bu qaraciyərin onun toxumasının yarısından çoxunun çıxarılmasından sonra özünü bərpa edə yeganə orqan olduğundan onun regenerasiya imkanı sayəsində baş verir.

Qaraciyər transplantasiyası nə zaman lazım olur?

Spirtli içki istifadəsi ilə əlaqəli iltihablar və ya qaraciyər piylənməsi, hepatit infeksiyası, uzun müddətli hiperemiya və ya öd yollarında daşlar, müəyyən metabolik xəstəliklər, şişlər və ya anadangəlmə enzim çatışmazlıqları olsa belə, xəstələr xəstəlik gedişatının asta olması səbəbindən uzun müddət öz normal həyatlarına davam edə bilir. Lakin qaraciyər çatışmazlığı aşkar edildikdə, o qaşınmaya, ağciyərlərdə ödem və mədədə asitlər, kəskin hepatit, qanama və anemiyaya yol aça bilər.

İrəliləmiş qaraciyər xəstəliyində fərdi və davranışlarında dəyişikliklər müşahidə edilə bilər. Çəki itkisi, sidiyin azalması və yorğunluq komayadək inkişaf edə bilər.

Bu simptomlar xəstə qaraciyərinin bədən ehtiyaclarını ödəyə bilmədiyini göstərir. Qeyd edilən hallar qaraciyər çatışmazlığı adlanır və xəstə üçün qaraciyər çatışmazlığı yeganə seçim olur.

Gold Standart “Ortotopik qaraciyər transplantasiyasında” uğurlu nəticələr

Acıbadem Orqan Transplantasiya Mərkəzlərində, qaraciyər transplantasiyası həm yaşayan və həm də ölmüş şəxslər üzərində həyata keçirilir. Qeyd edilən əməliyyatlar ərzində tətbiq edilən metod dünya üzrə qızıl standart kimi nəzərə alınan metod olan ortotopik qaraciyər transplantasiyasıdır. Bu müasir texnika vasitəsilə, qaraciyər arxasında yerləşən böyük damar transplantasiyanın həyata keçirilməsindən əvvəl cərrahi sıxaclardan istifadə edilməklə saxlanılır. Bu əməliyyatın uğurlu olması üçün, cərrahi heyət və yüksək texniki imkanlara malik olan avadanlıqlar tələb edilir. Hər bir transplantasiya əməliyyatı kimi qaraciyər transplantasiyası da bizim xəstəxanalarda və yüksək texnologiya ilə təmin edilmiş əməliyyat otaqlarında həyata keçirilir. Transplant yaşayan donordan götürüldükdə, qaraciyərin yarısı qəbul edən şəxsin orqanına köçürülür. Bununla cərrahi proses texniki cəhətdən tam təminatı tələb edir. Transplantasiya əməliyyatından sonra, yaşayan donorların 6-7 gün sonra buraxıldığı halda, orqan qəbul edənlər 15-20 gün müddətində xəstəxanada qalmalıdırlar. Transplantasiyadan keçmiş qaraciyər sonrada özünü bərpa edir və qəbul edən şəxsin tələblərini qarşılamaq üçün kifayət ölçünü tez bir zamanda alır.

İnfrastrukturda Beynəlxalq Keyfiyyət

Acıbadem Orqan Transplantasiya Mərkəzləri beynəlxalq normalara uyğun qaydada texniki infrastruktura malik xidmətləri təmin edir. Orqan qəbul edənlər və donorlar laminar axın və müasir texnoloji avadanlıqlarla tam steril qaydada əməliyyat otaqları və reanimasiya kabinələrində müalicə alır. Laborator prosedurlar Acıbadem Healthcare Group üzvü olan beynəlxalq normalara cavab verən Acıbadem Labmed-də həyata keçirilir.

Təcrübəli heyət

Orqan Transplantasiya Mərkəzləri qaraciyər transplantasiyası üçün bütün zəruri texnologiyaya malikdir. Qeyd edilən qaraciyər transplantasiya mərkəznin direktoru Türkiyədə böyrək və qaraciyər transplantasiyası üzrə yeni səhifə açan Professor Dr. Remzi Emiroğludur. 1998-ci ildən, Professor Emiroğlu təxminən 700 qaraciyər və böyrək transplantasiyalarını həyata keçirmişdir.Professor Emiroğlu və onun heyəti həm əlavə (tam olaraq qaraciyəri çıxarmadan) və həm də standart ortotopik qaraciyər transplantasiyası sahəsində təcrübəyə malikdir. Heyət həmçinin qaraciyər sirrozu səbəbindən qanama ilə üzləşən xəstələrdə istənilən növ şuntlama cərrahiyyəsi və Sugiura prosedurlarını həyata keçirmək üzrə təcrübəyə malikdir. Qaraciyər donorları və ölmüş şəxslərdən böyük və uşaq xəstələrə ilkin transplantasiya əməliyyatlarını həyata keçirən Professor Emiroğlu 85-i xaricdə dərc edilməklə təxminən 100 ədəd orqan transplantasiyası üzrə məqalələr yazmışdır.

Acıbadem Healthcare Group oktyabr 2010-cu ildə özünün birinci Orqan transplantasiya Mərkəzini açmışdır. Bugün, o İstanbulda Beynəlxalq Xəstəxana, Acıbadem Bursa Xəstəxanası və Acıbadem Universitet xəstəxanası kimi 3 mərkəzlə fəaliyyət göstərməkdədir. Orqan transplantasiya mərkəzləri öz fəaliyyət dövrü müddətində 2000-dən çox böyrək, 250 qaraciyər və 60 mədəaltı vəz transplantasiyaları üzrə təcrübə ilə dünyanın tanınmış müəssisələrində təlim keçmiş heyətə malikdir. Mərkəzlərdə ölkənin ən yaxşı təchiz edilmiş kliniki laboratoriya və reanimasiya şöbələri mövcuddur və böyük və qaraciyər transplantasiyasını həyata keçirir.

Böyük transplantasiyasında Acıbadem üstünlükləri

Ən müasir texnologiya və ən keyfiyyətli xidmət

Orqan transplantasiya Mərkəzlərinin əməliyyat otaqları və reanimasiya şöbələri ən son texnoloji infrastrukturla təchiz edilmişdir. Tam laparoskopik texnika donor üçün reanimasiya şöbəsində müalicə almaq tələbatını azaldır. Buna baxmayaraq, qaraciyər və bəzi böyrək qəbul edənlər üçün, tam təchizatlı reanimasiya şöbələrinin olması çox vacibdir.

Donor mühafizə proqramı (transplantasiyadan sonra müayinə və baxım) Beynəlxalq Xəstəxana Transplantasiya Mərkəzi tərəfindən təklif edilən unikal xidmətlərdən biridir.

Orqan transplantasiya Mərkəzləri orqan bağışlanması və transplantasiyası sahəsində ən yüksək mənəvi və etik normalara cavab verir. O Transplantasya Cəmiyyəti və Beynəlxalq Nefrologiya Cəmiyyəti tərəfindən Orqan alver və transplantasiya turizmi üzrə İstanbul bəyannaməsi prinsipləri və həmçinin Canlı Böyrək donorlarına baxım üzrə Transplantasya Cəmiyyəti tərəfindən qəbul edilən Amsterdam Forumunun Konsensus Bəyannaməsinin tələblərinə riayət edir. Mərkəz həmçinin Türkiyə orqan və toxuma transplantasiyası üzrə Koordinasiya sistemi normalarına riayət edir.

Əməliyyat otaqları, laboratoriyalar və reanimasiya şöbələri orqan transplantasiyasında əhəmiyyətli sahələrdir. Qabaqcıl texnologiya və beynəlxalq səviyyədə tanınmış yüksək keyfiyyətli normalar orqan transplantasiya xəstələri və donorlarının Acıbadem laboratoriyaları, reanimasiya şöbələri və əməliyyat otaqlarında ən yaxşı tibbi xidmət əldə etmələrinə imkan yaradır. Beynəlxalq təcrübəyə malik mütəxəssislər yüksək texnologiyalardan istifadə etməklə əməliyyatları həyata keçirirlər. Laparoskopik cərrahiyyə əməliyyatı vasitəsilə qasıqda 5 sm kəsik açmaqla böyrəyin çıxarılması buna misal ola bilər. Tətbiq edilən qabaqcıl tibbi metodlar donorlara cərrahi əməliyyatdan sonra 24 saat ərzində evə yazılmalarını və bir həftə ərzində işlərinə başlamaq imkanı verir. Qəbul edənlər isə xəstəxanadan təxminən bir həftə ərzində evə buraxılır.

İlk dəfə Acıbadem-də :

  • 2011-ci ildə Türkiyənin ilk vahid-portlu (göbəkdən) donor nefrektomiyası
  • 2011-ci ildə Türkiyədə ilk dəfə NOTES üsulu ilə (uşaqlıqdan) donor nefrektomiyası
  • 2013-cü ildə Türkiyədə ilk dəfə vahid-portlu+ NOTES üsulu ilə donor nefrektomiyası

Tam laparoskopik vasitələr

Cərrahi əməliyyatda istifadə edilən tam laparoskopik texnikalar donorlar üçün xəstəxanada daha az qalmağa imkan verir. Qeyd edilən texnikalar yeganə olaraq yüksək təcrübəli və ekspert heyətə malik mərkəzlərimizdə istifadə edilir və onlar açıq cərrahi əməliyyatlar üçün bir çox üstünlüklər təklif edir: Məsələn açıq cərrahiyyə 15-20 sm kəsik müdaxiləsi ilə edilərkən, laparoskopiya yalnız 5 sm uzunluqda kəsiklə əməliyyatların aparılmasını mümkün edir. Əməliyyat mədəyə kiçik kamera yerləşdirməklə və yüksək vizual görüntünü almaqla mümkün edir. Daha kiçik əməliyyat sahəsi əməliyyatdan sonrakı ağrıları və risk daşıyıcı cərrahi yaraların azalmasına imkan verir. Böyük cərrahi çapıqların olmaması kosmetik problemləri və yırtıq, keyimə, cərrahi sahənin infeksiyaları və ağciyər embolizmləri riskini azaldır. Laparoskopik texnika vasitəsilə, donorlar cərrahi əməliyyatın həyata keçirildiyi günün axşamı ayağa qalxa və maye içməyə, növbəti gün bərk qida qəbul etməyə başlamağa və evə buraxılmasına və növbəti həftə işə başlamasına imkan yaradır. Orqan qəbul edən şəxs təxminən bir həftə ərzində evə buraxılır.


×
Axtar