Acıbadem xəstəxanasının Ortopediya və Travmatologiya şöbələri bütün yaşlarda olan xəstələrə bir çox ortopedik xəstəlikləri üzrə yüksək keyfiyyətli baxımı təmin edir. Acıbadem xəstəxanasında ortopedik cərrahlar ümumi ortopediya, ortopedik reabilitasiya, idman zədələri, artroskopiya və diz cərrahiyyəsi, çiyin və dirsək cərrahiyyəsi, bilək və əl mikrocərrahiyyəsi, ayaq və topuq cərrahiyyəsi, baldır cərrahiyyəsi, oynaq dəyişdirilməsi, mikrocərrahiyyəsi, əzələ skelet onkologiyası, transplantasiya, onurğa cərrahiyyəsi, reabilitasiya mühəndisliyi, travma və uşaq ortopediyası kimi geniş sahələr üzrə ixtisaslaşmışdır.
Ortopediya şöbəsində, müasir diaqnostika texnikaları və müasir müalicə seçimləri tam əzələ və skelet sistemi və onurğa xəstəlikləri və travmalar üzrə təmin edilir.
Prosedurlar aşağıdakı kimidir:
Onurğa xəstəlikləri və onların müalicəsi üzrə daha ətraflı məlumat üçün bizim ən mükəmməl mərkəzlərimizdən olan Onurğa Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
ACIBADEM Healthcare Group aparıcı idman təbabəti mütəxəssisləri və tədqiqatçıları tərəfindən müasir avadanlıqlardan istifadə edilməklə idman zədələnmələri ilə əlaqəli yüksək keyfiyyətli tibbi və cərrahi müalicəni təklif edir.
İdman təbabəri, fizioterapiya və reabilitasiya, ortopedik cərrahiyyə, ürək-damar təbabəti, idman fiziologiyası, tətbiqi biomexanika və alqologiya sahəsində üstünlüklərə malik olmaqla Acıbadem Ortopediya və İdman təbabəti klinikası milli və beynəlxalq idman klubları və federasiyaları, və həmçinin həvəskar və peşəkar idmançıların tələbatlarını qarşılayır.
Acıbadem xəstəxanası zədələrin qarşısını almaq üçün preventiv müalicədən fəaliyyət qabiliyyətinin artırılmasınadək geniş çeşidli xidmətləri təmin edir. Klinika həvəskar və peşəkar idmançıların məşq və yarış potensiallarını artırmaq üçün kliniki dəstək, məlumatlandırma və vasitələr təklif edir. Mükəmməl qaydada hazırlanan məşq və təhsil proqramlarına fitnes qiymətləndirmə və qidalanma və pəhriz, psixologiya, fiziologiya və fiziki təlim kimi dəstək xidmətləri daxildir. Proqram həmçinin idman zədələnmələrini müalicə edir və idmançılar üçün ümumi müayinə xidmətlərini təmin edir.
İdman təbabəti proseduru idman təbabəti üzrə iki həkim və bir idman fizioloqu tərəfindən aparılır. Həkimlər Türkiyənin milli futbol komandası və aparıcı futbol klublarında konsultant və qrup həkimlər kimi təcrübəyə malikdir. Onlar həmçinin basketbol, voleybol, həndbol, güləş, avarçəkmə və tennis kimi digər idman növləri üzrə konsultant və qrup həkimləri kimi çalışmışdırlar. Bizim idman mütəxəssislərimiz tərəfindən təklif edilən xidmətlərə aşağıdakılar daxildir:
Futbolçuların tibbi müayinələrinin qiymətləndirilməsi, qabiliyyət testlərinin icrası və zəruri olduqda xəstələrin sonrakı müayinələr üçün müvafiq mütəxəssislərə yönləndirilməsi, tətbiqi biomexanika mütəxəssisləri ilə birlikdə hərəkət analizi vasitəsilə idman zədələnmələrinə meylliliyin müəyyən edilməsi, digər tibb mütəxəssisləri ilə əməkdaşlıq etməklə və konsultasiya aparmaqla zədə və xəstəliklərin diaqnostikası, zədələnmə və ya xəstəlikdən sonra reabilitasiya proqramlarının icrası və idmançıların maksimum qabiliyyətlə idmana qayıtmağın təmin edilməsi, məşq fizioloqları, məşqçilər, hakimlər tərəfindən idmançıların qabiliyyətinin qiymətləndirilməsi və idmançılara maksimum faəliyyət qabiliyyətlərini əldə etməkdə dəstək olmaq, idmançıların sağlamlıqla əlaqəli dopinq üzrə və anti-dopinq məsələri üzrə təlimatlandırmaq, piylənmə və oturaq həyata qarşı idman proqramlarının təmin edilməsi.
Məşq fiziologiyası proqramı əsasən dörd fərqli xəstə və ziyarətçi qruplarına tətbiq edilir. Birinci qrup qabiliyyət yoxlaması, məşq testi, resept, məsləhət və sair kimi profilaktik və qabiliyyət-istiqamətli xidmətləri qəbul edən sağlam idmançılardan təşkil olunmuşdur. İkinci qrup zədə və ya cərrahi əməliyyatdan sonra idmana qayıtmaq prosesində olan həvəskar və ya peşəkar aktiv idmançılardan təşkil olunmuşdur. Üçüncü qrup xəstələr oturaq həyat keçirən və ya məşq planı üzrə diaqnostik və funksional qabiliyyət testi və xidmətləri alan, əyləncəli idman növlərinə cəlb edilən xəstələrdir. Sonuncu qrup hipertoniya, metabolik sindrom, diabet və ya piylənmə kimi xroniki xəstəlik və hallara malik olan xəstələrdən təşkil edilmişdir.
Acıbadem Xəstəxanalar Qrupunda exokardioqrafiya, məşq və ritm laboratoriya xidmətləri və ambulator qan təzyiqi monitorizasiyası kimi qeyri-müdaxiləli testlər, angioqrafiya, kateterləşdirmə, ürək elektrofiziologiyası və ablaziya kimi müdaxilələri həyata keçirir. Xüsusilə futbolçular üçün, Acıbadem kardioloji istiqamətdə aşağıdakı xidmətləri təklif edir:
1.000m2-lik daxili və 350 m2-lik xarici sahəyə malik olmaqla Fiziki təbabət və Reabilitasiya (PM və R) şöbəsi müayinədən idmançının oyuna qayıtmasınadək istənilən növ idman zədələnmələri və ya sağlamlıq problemlərini aradan qaldırmaq üçün təsis edilmişdir. PM və R heyəti bütün idmançıların təfsilatlı tibbi qiymətləndirilməsi üzrə məsuliyyət daşıyır. Ortopedlər, idman həkimləri və fizioterapevtlərlə yanaşı bu idmançılar üçün mümkün qədər tez bir zamanda geri dönməyə və müvafiq sağlamlıq və fiziki vəziyyətdə olmasına imkan yaradır.
Acıbadem İdman Klinikasında fiziki terapiya heyəti xüsusən futbol sahəsinə yönəlməklə idman reabilitasiyasımım bütün sahələrində təcrübəyə və osteopatiya, manual terapiya və məşq fiziologiyası üzrə əlavə kvalifikasiyalara malikdir. Şöbənin iki əsas bölmələrində on yeddi müalicə boksları geniş PT spektrı boyunca bütün növ vasitələrdən istifadə imkanı təmin edilir. Fiziki Terapiya şöbəsi hidromasaj və infinit hovuz, tənzimlənən qravitasiyaya nəzarətli qaçış zolağı, izokinetik sistem, balans qiymətləndirmə və artırma sistemi, ESVT müalicə və bir çox digər aksesuarlara malik reabilitasiya və məşq hovuzu ilə təchiz edilmişdir. Bərpa və reabilitasiya fazalarında futbolçu və digər idmançılar tərəfindən istifadə edilməsi üçün FİFA tərəfindən tövsiyə edilən 36×8 metrlik süni ot sahəsi və 40×1.65 metrlik qaçış zolağı salınmışdır.
Tətbiqi biomexanika şöbəsi gəzmə və digər idman hərəkətləri qabiliyyəti və imkanlarını elmi cəhətdən dəyərləndirilməsini mümkün edən yüksək sürətli kamera və hərəkət analiz sistemlərindən istifadə edir. Bunlar təkcə idmançılar tərəfindən deyil həmçinin ortopedik və neyroloji qüsurlara malik xəstələr tərəfindən istifadə edilir. Qeyd edilən analiz nəticəsində:
Alqologiya şöbəsi davamlı sinir blokları, epidural müdaxilələr, simptomatik bloklar, diskdaxili və fəqərəarası tətbiqlər və neyro-ablativ və neyromodulyativ vasitələrlə futbolçuların müalicəsinə yardım edir. Klinika alqologiya üzrə bütün zəruri avadanlıq və infrastruktura malikdir: müdaxilə kabinəsi, stimulyasiya qurğuları, lezyon generatoru, krioterapiya, ozon generatoru, əlaqəli qurğular və 24/7 əməliyyat otağı. Alqologiya şöbəsinə gələn həm idmançı və həm də oturaq həyat keçirən şəxslər fəqərə problemləri səbəbindən boyun və bel ağrılarından əziyyət çəkir.
Klinika bütün yaş qruplarında, bütün idman sahələri üzrə və bütün cinsdən olan xəstələr, həvəskar və peşəkar idmançılara dəstək olmaq və onlara təlim keçmək üçün dietoloqlara malikdir. Dietoloq xəstələrin gündəlik qidalanmalarını qiymətləndirir və zəruri olduqda tövsiyələr verir. O həmçinin optimal imkanlara nail olmaq üçün çəkiyə nəzarət etməli olan idmançılara məsləhətlər verir və erqogen/ qida əlavəsi strategiyalarını planlaşdırır. Təklif edilən ekspertizaya ümumi qida planlaşdırılması, çəki itirmə üzrə konsultasiya və ya dəstək, bədən strukturuna nəzarət və qiymətləndirilməsi, hidrasiya və elektrolit balanslaşdırma və məşq, yarış və bərpadan əvvəl, ərzində və sonra optimal qidalanmanın planlaşdırılması vəəlavələrdən ağıllı istifadə, dopinq riskləri və anti-dopinq məsələri üzrə planlaşdırmalar daxildir.
Klinika əməliyyatdan əvvəl və sonra idmançılara və ya zədəsiz idmançıların atletik qabiliyyətlərini artırmaq üçün zehni dəstək, konsultasiyalar və əlavə psixoloji xidmətlər verən psixoloqlara malikdir. Xəstə/ ziyarətçilərə bütün yaş qruplarında, hər iki cinsdə və bütün idman sahələri üzrə həvəskar və peşəkar idmançılar daxildir.