Urologiya

Urologiya

Özünün Urologiya şöbələrində, Acıbadem Healthcare Group təkmilləşdirmələri yaxından izləyən dinamik heyət vasitəsilə böyük və uşaq xəstələrə yüksək keyfiyyətli uroloji müayinə, diaqnoz və müalicə xidmətlərini təmin edir. Urologiya şöbəsinin həkimləri elmi araşdırmalar və tədqiqatlar əsasında özlərinin kliniki təcrübə və biliklərinə istinad edərək effektiv qaydada uroloji xidmətləri təmin edir. Prostat və sidik kisəsi TUR əməliyyatları, müdaxiləli və müdaxiləsiz daş əməliyyatları (uereteroskopiya, perkutan nefrolitotomiya və litotripsiya (ESVL)) şöbə uroloji xərçəng əməliyyatları, uşaq uroloji əməliyyatları, urodinamika və kişi cinsiyyət disfunksiyalarında intensiv tibbi xidmətlərlə aparıcı urologiya mərkəzidir. 

Müasir tibbi və cərrahi terapiyalar prostatın genişlənməsi ilə yaranan sidik kisəsi qüsurlarında tətbiq edilir (BPH) (TUR, Greenlight Laser PVP, Greenlight Laser HPS, Feedback Termoterapiya). Bundan əlavə, prostat xərçəng müayinəsi və prostat infeksiya müalicəsi kimi prostat sağlamlığı ilə əlaqəli sahələrdə təfsilatlı araşdırmalar aparılır. Acıbadem Healthcare Group Urologiya şöbələrində, uroloji xərçəng xəstəlikləri müalicəsində bütün müasir cərrahi və tibbi metodlar istifadə edilir. Şöbə mütəmadi olaraq sinir qoruyucu radikal prostatektomiya (prostat xərçəngi üçün) və radikal sistektomiyadan (sidik kisəsi xərçəngi üçün) istifadə edir. Bundan əlavə, böyrək və xaya xərçəngi kimi digər uroloji onkoloji əməliyyatlar anesteziologiya və intensiv terapiya xidmətlərinin dəstəyi ilə uroloji cərrahiyyə mütəxəssisləri tərəfindən həyata keçirilir. Bəzi uroloji xərçəng hallarında, tibbi onkologiya və radioterapiya şöbələri ilə uzlaşdırılmaqla xəstələrə müalicə seçimləri təqdim edilir.

Acıbadem Healthcare Group-da, yüksək texnoloji imkanların istifadə edildiyi endoskopik (qapalı sistem) əməliyyatları sidik yollarında daşların müalicəsində istifadə edilir. Cərrahi müalicədən başqa, litotripsiya (ESVL) ilə daşların keyitmə olmadan və ambulator müalicəsi mümkündür. Urologiya şöbəsi daş xəstəliyinin endouroloji müalicəsində təcrübəyə malik aparıcı mərkəzlərdən biridir (ureteroskopiya, perkutan nefrolitotomiya – PCNL). 

Urodinamika şöbəsi kişi və qadınlarda istənilən yaşda ortaya çıxa bilən sidik saxlama problemləri ilə əlaqəli təfsilatlı diaqnostik müayinəni təklif edir.  Uşaqlarda gecə sidik buraxma və ya qadınlarda sidik saxlama problemləri və həmçinin myelodisplaziya (spina bifida) xəstələri daxil olmaqla böyüklər və uşaqlarda istənilən növ sidiyə çıxma problemlərini diaqnoz etmək və müayinəsinin aparmaq üçün urodinamik və müasir uroradioloji üsullar tətbiq edilir. 

Erektil disfunksiya və kişi sonsuzluğu kimi kişilərdə ereksiya və boşalma problemlərinin müalicəsi müayinə, diaqnostika və müalicə imkanlarından istifadə edərək digər tibb mütəxəssisləri ilə əməkdaşlıq etməklə planlaşdırılır və icra edilir. 

Uşaq urologiyası doğuşdan əvvəl, yenidoğulmuş və sonrakı mərhələlərdə görünə bilən anadangəlmə və ya qazanılmış sidik və cinsiyyət orqanları sisteminin diaqnostikası və müalicəsi xidmətini təmin edir. Qeyd edilən xəstəliklərə hidrosel və ya kord kistləri, enməyən xaya, sünnət, xaya və sidik kisəsinin problemləri (kəskin skrotum və xaya əyriliyi) daxildir. Hipospadiaz (penis açılışının ucunda deyil daha çox alt tərəfdə yerləşdiyi anadangəlmə bir vəziyyət) urologiya şöbəsinin xüsusi maraq göstərdiyi sahələrdən biridir. Hipospadiazın ilkin korreksiyasına əlavə olaraq, əvvəllər əməliyyat olunan, lakin uğurla tamamlanmayan halların cərrahi müalicəsi də həyata keçirilir. 

MÜALİCƏ

TEXNOLOGİYA

ACIBADEM

×
Axtar