Acıbadem Türkiyə, İstanbulda kiçik bir xəstəxana olaraq tibbi xidmətlər sahəsində fəaliyyətə başlamışdır. Bugün, Acıbadem özünün 24 xəstəxana, 16 ambulator klinikalar və dəstəkverici xidmət şirkətləri ilə qlobal səhiyyə liderləri arasında düzgün yer tutan bir super brendir. Acıbadem şirkətinin sürətli inkişafı 2012-ci ildə İHH Healthcare ilə birgə tərəfdaşlıq müqaviləsinin imzalanması ilə nəticələndi və bu da bizə dünyanın ikinci ən böyük səhiyyə zəncirinin bir hissəsi olmaq imkanı verdi.
Bizim izimizi xaricdə genişləndirmək məqsədimiz 2011-ci ildə Makedoniyanın Skopye şəhərindəki Acıbadem Sistina Xəstəxanası ilə başlamışdır. Bunun ardınca 2016-cı ildə Bolqarıstanda Tokuda Grup və City Clinic Grup-un komplektləşdirməsindən gəlir. Bununla yanaşı, Acıbadem Səhiyyə Grupu Bolqarıstanın ən böyük səhiyyə xidmətinin təminatçısı oldu. Bundan sonra, 2017-ci ildə Amsterdamda 5.000 kvadratmetr qapalı sahəsi olan Acıbadem Beynəlxalq Tibb Mərkəzinin istifadəyə verilməsi ilə fəaliyyətimiz genişləndi. 2021-ci ildə Serbiyada Acıbadem Belmedic-in alınması ilə nəticələndi və nəticədə 5 ölkədə 24 xəstəxana və 16 mövcuddur.
Xəstəxanalar və ambulator klinikalardan savayı, Acıbadem Healthcare Group özünün inteqrasiyalı xüsusi səhiyyə ekosistemi ilə ümumdünya model təklif edir. Bu ekosistemə müxtəlif tibbi dəstək müəssisələri və universitet daxildir. Acıbadem Universiteti güclü təhsil işçiləri sayəsində dinamik və müasir təhsil proqramlarından istifadə etməklə tibbi tələbələrinə gələcək tibbi peşəkarlar olmaları sahəsində tədris keçir.
Acıbadem-də, tibbi dəstək müəssisələri xəstə ilə iş təcrübəsini davamlı olaraq inkişaf etdirməyə çalışır. Acıbadem Project Management açar təslimi xəstəxana yaradılması layihələrini işləyib hazırlayır. Acıbadem Labmed, Labvital, LabCell laboratoriya daxilində patologiya, qida nəzarəti, kök hüceyrə və göbək qan bankı daxil olmaqla geniş çeşidli xidmətlər təklif edir. Acıbadem Technology “Xəstəxana Məlumat Sistemi” daxil olmaqla daxili proqram təminatları işləyib hazırlayır və təkmilləşdirir. APlus xəstəxanaların gigiyena və iaşə tələblərinə istiqamətlənir və Acıbadem Mobile xəstəxana xaricində ilkin tibbi yardım və evdə qulluq xidmətlərini təmin edir.
Qlobal standartlara cavab verən qrup daxilində bütün xəstəxanalar həmçinin özlərinin mükəmməllik mərkəzləri ilə də seçilir. 11 Xərçəng müalicə mərkəzi (cərrahiyyə, radioterapiya, kimyəvi terapiya), 16 Tibbi Mərkəzlər (uşaqlar və böyüklər üçün kardiologiya və ürək cərrahiyyəsi), 14 İn Vitro Mayalandırma Mərkəzi, 10 Orqan transplantasiya Mərkəzi (qaraciyər, böyrək, sümük iliyi), 10 Onurğa Mərkəzi, FİFA tərəfindən akkreditasiya edilmiş 3 İdman təbabəti mərkəzi və 6 Robotlaşdırılmış cərrahiyyə mərkəzləri özlərinin qabaqcıl texnoloji avadanlığı və qeyd edilən sahədə əhəmiyyətli təcrübəyə malik ekspertlər sayəsində milli və beynəlxalq səviyyətə akkreditasiyadan keçmiş və ixtisaslaşmış mərkəzlər sırasındadır.
Hər il dünyanın müxtəlif yerlərindən çoxlu xəstələr müalicə almaq üçün Türkiyəyə səfər edir və dünya üzrə ən qabaqcıl texnologiyadan və beynəlxalq keyfiyyət normalarına cavab verən ekspert heyətindən istifadə edərək xidmətlərini təmin edən Acıbadem Healthcare Group-a üstünlük verirlər.
Onların rahatlığı üçün Pasiyent Xidmətləri üzrə Beynəlxalq Mərkəzi “bir pəncərə” xidmət mərkəzi kimi dizayn edilib və hər bir xəstəyə ilk müraciət edildiyi gündən xəstələrin vətənlərinə qayıtdığı vaxta qədər onlara dəstək olur. Beynəlxalq xəstələr müalicə üçün Türkiyəyə gəlməyi seçdikdən sonra Acıbadem məlumat ofislərindən səyahət və müalicə planlarını asanlıqla əldə edə bilərlər. İndiyə qədər Acıbadem Türkiyədən kənarda 50-dən çox məlumat bürosu açmışdır. Beynəlxalq xəstələr Türkiyə hava limanına çatdıqdan sonra Səhiyyə Məntəqəsi masamızda səmimi qarşılanacaqlar. Xəstələr transfer olunana qədər gözləyə və ya Wi-Fi-dan istifadə edə bilərlər. Xəstələrimiz birbaşa otellərinə və ya xəstəxanaya fərdi nəqliyyatla yerləşdiriləcək. Xəstəxanalarda yerləşən Səhiyyə Məntəqəsi masalarımızda tərcüməçilərimiz xəstələrimizi qarşılayacaq və 20 müxtəlif dildə müalicələri müddəti boyunca onlara dəstək olacaqlar.