Direktorlar Şurası

MEHMET ALİ AYDINLAR

Şura sədri 

Acıbadem xəstəxanası öz karyerasına 1981-ci ildə Sertifikatlı mühasib kimi başlayan və 1991-ci ildə səhiyyə sektoruna keçən cənab Aydınların ilk adımıdır. O 1998-ci ildə “Qlobal Gənc Sahibkar İş adamları müsabiqəsində” “İdarəetmə sahəsində əhəmiyyətli nailiyyət mükafatına” layiq görülmüşdür. Dumlupınar Universiteti Sosial elmlər İnstitutu tərəfindən “Fəxri doktor” adını almışdır. O Ekonomist jurnalı tərəfindən keçirilmiş “İlin iş adamı” sorğusunda “İlin kişi sahibkarı” kimi qeyd edilmiş və 2006-cı ildə Dünya Qəzeti və İstanbul Universiteti Biznes Məktəbi tərəfindən “İlin biznes meneceri” seçilmişdir. Elə həmin il Referans qəzeti Acıbadem Healthcare Group-u “Fastest Fish in Turkey” kimi seçilmişdir. Cənab Aydınlara 2007, 2009 və 2010-cu illərdə Səhiyyə Könüllüləri tərəfindən “Səhiyyə sahəsinə ən çox könüllü fərdi töhfə verən Şəxs” adı verilmişdir. O 2008-ci ildə Hastane jurnalı tərəfindən “Səhiyyə idarəçiliyi üzrə fəxri mükafata” layiq görülmüşdür. 2010-cu ildə TGNA Üstün xidmət mükafatı alan cənab Aydınlar həmçinin idmana verdiyi töhfələrə görə 2011-ci ildə “İlin idmançısı” adını almışdır. 

HATİCE SEHER AYDINLAR

Şuranın sədr müavini

O Galatasaray Universiteti, Kimya Fakültəsini bitirmişdir. Səhiyyə sektoruna Acıbadem xəstəxanasında 1993-cü ildə başlamışdır. Xanım Aydınlar hələ də Acıbadem Health Group-də Şura sədrinin müavini vəzifəsini icra edir. 

BHAGAT CHİNTAMANİ ANİRUDDHA

Şura üzvü

Bhagat Chintamani Aniruddha (“Chinta Bhagat”) hazırda Khazanah Nasional Berhad (Khazanah) İnvestisiya Departamentində menecer vəzifəsində çalışır. Mumbay şöbəsinin müdiri Chinta səhiyyə sektorunu idarə edir. Chinta Khazanahda karyerasına başlamazdan əvvəl 6 il icraçı tərəfdaş vəzifəsi daxil olmaqla 14 il müddətinə McKinsey & Company şirkətinin Sinqapur ofisində çalışmışdır. Chinta Baş İnvestor Əlaqələri və tətbiqləri üzrə ixtisaslaşmış və müxtəlif ölkələrin, özəl kapital şirkətlərin və ailə bizneslərinin sərvət fondlarını idarə edir, lakin o həm də Asiyanın müxtəlif xəstəxanalarında özünün peşəkar karyerası sayəsində səhiyyə sektorunda çox tanınmış bir şəxsdir. Chinta Bhagat McKinsey şirkətinin təşkilati idarəçilik xidmətini formalaşdırmış və uzun müddət ərzində bu fəaliyyəti idarə etmişdir. McKinsey şirkətində işə başlamazdan əvvəl Hindistanda mühəndislik və inşaat şirkətlərində müxtəlif vəzifələrdə işləyərək, Chinta qeyd edilən şirkətdə İcraçı direktor vəzifəsinədək yüksəlmişdir. Chinta Bhagat həmçinin ixtisaslı memardır. Bundan əlavə o İNSEAD Biznes məktəbinin biznes proqramı üzrə magistr dərəcə sahibidir. 

TAKESHI SAITO

Şura üzvü

Takeshi Saito Yaponiya Keito Universitetində Siyasi elmlər üzrə bakalavr dərəcəsi əldə etmişdir. Northvestern Universitetinin Kellogs İdarəçilik Məktəbində magistr proqramını bitirmişdir. Takeshi Saito 1995-ci ildə Mitsui & Co. Şirkətində başlamaqla karyerasının böyük bir hissəsini səhiyyə sektoruna sərf etmişdir. O Maliyyə şöbəsində çalışdıqdan 2 il sonra Əczaçılıq şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 2004-cü ildə MBA proqramını bitirdikdən sonra ABŞ Mitsui şirkətinin Təşkilati planlaşdırma direktoru olmuş və kimya, təbii sərvətlər, istehlakçı xidmətləri  və informasiya texnologiyaları sahələrini idarə etmişdir. ABŞ Mitsui şirkətində təyinatından sonra o  səhiyyə şöbəsinin əsasını qoydu və aparıcı həkim xidmətlərinin idarə edilməsi şirkətinə sərmayə yatırdı. Takeshi Saito 2007-ci ildə Mitsui şirkətində Həyat Elmləri şöbəsində Strateji planlaşdırma və Biznes İdarəçiliyi şöbəsinin (2008-ci ildə adı Tibbi Xidmətlər şöbəsinə dəyişmişdir) rəhbəri vəzifəsinə yüksəlmişdir. Təyinatı dövründə Yaponiyada ən geniş əczaçılıq şəbəkələrindən birinin sərmayələrini idarə edən cənab Saito bu yeni şöbənin 10 illik planını işləyib hazırlamışdır. 2009-cu ildə direktor vəzifəsinə yüksəlməklə, cənab Saito İHH şöbəsinin sərmayələrini idarə etmiş və müvəqqəti olaraq Parkvay Group Healthcare şirkətinin Strateji Planlaşdırma şöbəsinin direktor müavini vəzifəsinə təyin edilmişdir. Parkvay Group Healthcare şirkətinin aparıcı vəzifələrində çalışdıqdan sonra, cənab Saito Mitsui şirkətinə qayıdaraq Tibbi Xidmətlərdə Xidmət təminatçıları şöbəsinin baş direktoru vəzifəsinə və həmçinin İHH və onun törəmə müəssisələrinin şura üzvü olaraq təyin edilmişdir. 

SHIRISH MORESHWAR APTE

Şura üzvü

Shirish Moreshwar Apte bankçılıq və maliyyə sahələrində geniş təcrübəyə malikdir. Öz karyerasına 1981-ci ildə Hindistan, Citibankda bankir kimi başlayaraq, o Citibank/Citigroup əməkdaşı kimi 1993-1997-ci illərdə London, 1997-2003-cü illərdə Polşa, 2003-2009-cu illərdə London, 2009-2011-ci illərdə Honq Konq və 2011-2013-cü illərdə Sinqapurda müxtəlif vəzifələrdə çalışmışdır. Cənab Apte Citibank/Citigroup-da 32 illik karyerası müddətində Orta və Şərqi Avropa, Orta Şərq, Afrika (CEEMEA) və Asiya Sakit Okean regionu daxil olmaqla inkişaf etməkdə olan bazarlarda çalışmışdır. 

Hindistanda Citigroup şirkətinin Təşkilati Bankçılıq və İnvestisiya Bankçılıq şöbələrini idarə edərək o Citibank Poland şirkətinin icraçı direktoru və CEEMA və Asiya Sakit Okean regionu üzrə birinci regional icraçı direktoru olmuşdur. 2008-2012-ci illərdə Citigorup idarəçilik və fəaliyyət komitələrinin üzvü olaraq, cənab Apte qrupda biznes fəaliyyəti komitəsinə rəhbərlik etmişdir. 2014-cü ildə Citigroup şirkətindən təqaüdə çıxan zaman Asiya Sakit Okean Bankçılıq şöbəsinin müdiri olmuşdur. Cari olaraq cənab Apte Yaponiyanın Citibank, Avstraliya İttifaq Bankı, Sinqapur Bankçılıq və Maliyyə İnstitutu və Polşa Handlovy Bankı kimi müxtəlif şirkətlərin müşahidə şurası daxil olmaqla idarə heyətlərində vəzifə tutmaqdadır. 

MUSTAFA ERÖĞÜT

Şura üzvü

Mustafa Eröğüt, ABŞ, İthaca Kollecində İdarəetmə istiqamətində Biznes idarəçiliyi üzrə bakalavr dərəcəsi və İdman istiqamətində Biznes idarəçiliyi üzrə magistr (MBA) dərəcəsi əldə etməklə, son 8 il müddətində idman və gənc təşkilatlarda baş idman rəhbəri kimi fəal qaydada çalışmış və sosial məsuliyyət layihələrində iştirak etmişdir. Öz karyerasına İstanbul Şəhər Bələdiyyəsinin (İBB) Gənclərin İnkişafı Akademiyasında İnzibati koordinator kimi başlayaraq cənab Eröğüt müvafiq olaraq İBB Peşəkar Futbol heyətində İnzibati direktor, Baker Tilly Gürely-də Nəzarətçi köməkçisi və Türkiyə Futbol Federasiyasında Futbolun inkişafı şöbəsinin müdiri və Futbol şöbəsinin müdir müavini olmuşdur. Cənab Eröğüt cari olaraq İstanbul Başakşehir Futbol klubunun icraçı direktoru və Türkiyə İdman klubları Birliyinin Baş katib müavini kimi çalışır. Bundan əlavə o UEFA Gənclər və Həvəskar Futbol Komitəsinin üzvüdür. 

LOW SOON TECK

Board Member

Low Soon Teck 1991-ci ildən 1993-cü ilədək Sinqapurda butik firmasında vəkil olmuş və bu müddət ərzində korporativ və bankçılıq qanunları istiqamətində çalışmışdır. Bundan sonra o Honq Konda Kuok/Kerry Group-da işləməyə başlamış və South China Morning Post qəzetində dərc edilən SCMP Group-un Çin Əməliyyat Müdirliyi daxil olmaqla bir sıra aparıcı vəzifələrdə çalışmışdır. O biznes inkişafı, qəzet çapı, dövriyəyə buraxma fəaliyyətləri və pərakəndə satış şəbəkəsinin idarə edilməsi üzrə məsuliyyət daşımışdır. Low Soon Teck 2005-ci ildə Sinqapura qayıtmış və Kuok Oils & Grains Pte Ltd şirkətində Qrupun maliyyə auditoru kimi işləməyə başlamışdır. Qeyd edilən şirkət 2006-cı ildə Wilmar International Co. Ltd. şirkəti ilə birləşmişdir. O Vilmar şirkətində 2009-cu ilədək Xəzinədarlıq direktoru vəzifəsində çalışmışdır. Bundan sonra o Kuok/Kerry Group-un ofşor naviqasiya filialı olan PACC Offshore Services Holdings şirkətinə Baş maliyyə direktoru vəzifəsinə təyin edilmişdir. O 2013-cü ildə Əmtəə təchizat şəbəkə idarəçiliyi şirkəti olan RCMA Group-da Baş maliyyə direktoru vəzifəsində işə başlamış və 2015-ci ilədək orada çalışmışdır. O maliyyə, hüquq və ümumi idarəetmə istiqamətində aparıcı vəzifələrdə 20 ildən artıq təcrübəyə malikdir. Low Soon Teck 10.01.2016-cı ildə İHH Healthcare Berhad Group şirkətinin baş maliyyə direktoru oldu. O Sinqapur Milli Universitetinin Hüquq fakültəsini bitirmiş və Çikaqo Universiteti, Booth Biznes Məktəbində Biznes üzrə magistr dərəcəsi əldə etmişdir. 

ROSSANA ANNIZAH BINTI AHMAD RASHID

Board MemberRossana Annizah Binti Ahmad Rashid 2012-ci ildə İHH Healthcare Berhad şirkətinin şurasına təyin edilmiş və İHH tərəfdaşı olan Acıbadem Sağlık Yatırımları Holding A.Ş. (İnc.) şirkətinin Şura və Şura Komitəsinin üzvüdür. Bundan əlavə o həmçinin İHH şirkətinin dolayı törəmə müəssisəsi olan Parkvay Trust Management Ltd. şirkəti şurasının (PTM) azad üzvüdür. PTM Singapore Exchange Securities Trading Limited şirkətinin nəzdində Parkvay Life Real Estate İnvestment Trust şirkətini idarə edir. Xanım Rossana 2016-cı ildə ölkə sədri kimi Malayziya Jardine Matheson Group şirkətinə təyin edilmiş və Jardine Matheson Şirkətlər qrupu şurasının azad üzvü kimi Nəqliyyat və Daşıma Komitəsinin sədr müavinidir. Bundan əlavə, o Malayziya İşçilərin Təminatı Fondunun İnvestisiya Paneli və İnvestisiya Panel Risk Komitəsinin üzvüdür. O 2017-ci ilin may ayında Celcom Axiata Berhad şirkətində idarə heyətinin azad üzvü qismində təyin edilmişdir. 

×
Axtar