Xəstəxanalar və ambulator klinikalardan savayı, Acıbadem Healthcare Group özünün inteqrasiyalı xüsusi səhiyyə ekosistemi ilə ümumdünya model təklif edir. Bu ekosistemə müxtəlif tibbi dəstək müəssisələri və universitet daxildir. Acıbadem Universiteti güclü təhsil işçiləri sayəsində dinamik və müasir təhsil proqramlarından istifadə etməklə tibbi tələbələrinə gələcək tibbi peşəkarlar olmaları sahəsində tədris keçir.
Acıbadem-də, tibbi dəstək müəssisələri xəstə ilə iş təcrübəsini davamlı olaraq inkişaf etdirməyə çalışır. Acıbadem Project Management açar təslimi xəstəxana yaradılması layihələrini işləyib hazırlayır. Acıbadem Labmed, Labvital, LabCell laboratoriya daxilində patologiya, qida nəzarəti, kök hüceyrə və göbək qan bankı daxil olmaqla geniş çeşidli xidmətlər təklif edir. Acıbadem Technology “Xəstəxana Məlumat Sistemi” daxil olmaqla daxili proqram təminatları işləyib hazırlayır və təkmilləşdirir. APlus xəstəxanaların gigiyena və iaşə tələblərinə istiqamətlənir və Acıbadem Mobile xəstəxana xaricində ilkin tibbi yardım və evdə qulluq xidmətlərini təmin edir.
https://www.acibadem.edu.tr/en/
Acıbadem Universiteti 2007-ci ildə tibb elmləri sahəsi üzrə təsis edilmişdir. Dinamik və müasir təhsil proqramlarından istifadə etməklə güclü təhsil heyəti tibb tələbələrinin gələcəyin bütün tibb elmləri sahəsində davamlı olaraq innovasiya araşdırmaları aparan tibbi peşəkarlar olmaları üçün tədris keçir. Güclü araşdırma yönümlü universitetə çevrilmək məqsədilə, tədqiqat laboratoriyaları həyat elmləri və biotexnologiya sahələrini əhatə edən ən son avadanlıqlarla təchiz edilmişdir.
Kliniki Simulyasiya və Qabaqcıl Endoskopik –Robotika Cərrahiyyəsi Təlim Mərkəzi – CASE özünün çoxsaylı şöbələri və qabaqcıl texnoloji infrastrukturu ilə dünyanın ən genişmiqyaslı tibbi təlim mərkəzlərindən biridir. CASE dünya üzrə yalnız iki tibbi təlim mərkəzinin layiq görüldüyü CAE Akademiyası tərəfindən “Center of Excellence” şəhadətnaməsinə layiq görülmüşdür. Mərkəz Avropa Akkreditasiyalı Kliniki Biliklər Mərkəzləri şəbəkəsi (NASCE) və universitetdənəvvəlki və sonrakı təhsili təmin edən Tibbi Simulyasiya Cəmiyyəti (SSH) tərəfindən akkreditasiyadan keçmişdir.
Acıbadem Universiteti Avropanın bir çox tanınmış universitetləri ilə ikitərəfli müqavilələrə malik Erasmus Proqramı daxilində öz tələbələrinə xaricin tanınmış tərəflər universitetlərində təhsil almaq imkanı təklif edir. İstanbulun Asiya istiqamətində yerləşən 100.000 kvadrat mertlik qapalı sahə ilə, Kerem Aydınlar kampusu yüksək texnologiya avadanlığı ilə təchiz edilmişdir və tələbələrə üstün universitet həyatı təklif edir.
Acıbadem Healthcare Group bütün investisiya planlaşdırmaları, icrası, tibbi plan və layihə maliyyə işlərini həyata keçirməklə “açar təslimi” əsasında tibbi sektorda böyük təcrübə qazanmaq sayəsində işə başlamışdır. Acıbadem Project Management büten investisiya sahələrinə xidmət etmək üçün azad şirkət kimi öz fəaliyyətini davam etdirir. Acıbadem Project Management investisiya üzrə qərar qəbul edilməsi daxil olmaqla layihə prosesinin bütün mərhələlərində ortaya çıxa biləcək riskləri proqnozlaşdırmaq və idarə etmək yanaşması ilə özünün peşəkar heyəti və yerli və xarici həll tərəfdaşları ilə əməkdaşlıq apararaq işəgötürən tərəfindən işlənib hazırlanan iş qaydalarına əsasən müqavilənin hazırlanması, test və təhvilin idarə edilməsi daxil olmaqla tam layihə idarəçiliyi xidmətini təmin edir.
https://www.acibademlabmed.com.tr/en/
Türkiyənin Birinci Akkreditasiyadan keçmiş kliniki laboratoriyası olan Acıbadem Healthcare Group 30 ildən artıq müddətdə Almaniyada fəaliyyət göstərən Labmed Group-la (Labmed Dortmund GmbH) “istinad laboratoriya xidmətləri” sahəsində əhəmiyyətli tərəfdaşlıq münasibətləri qurmuşdur. Qeyd edilən tərəfdaşlıq sayəsində, adətən xaricdən əldə edilməklə istifadə edilən akkreditasiyalı laboratoriya xidmətlərini Acıbadem Labmed vasitəsilə Türkiyədə təklif etməyə başlamışdır. Acıbadem özünün təsdiqlənmiş xidmət keyfiyyəti və qlobal sertifikasiyası ilə, laboratoriya xidmətlərinin keyfiyyətini Labmed Kliniki Laboratoriya ilə təsdiqləmiş və “Deutsche Akkreditierungsstelle Chemie Gmbh” (DACH) tərəfindən “İSO 15189” kliniki laboratoriya akkreditasiyası ilə təltif edilmişdir. Laboratoriya Türkiyənin ilk olaraq beynəlxalq miqyasda tanınan və akkreditasiyadan keçən kliniki laboratoriyası olmuşdur. Təklif etdiyi imkanlar sayəsində, Acıbadem Labmed bütün analizləri yüksək keyfiyyətdə və daha təhlükəsiz şəkildə həyata keçirə bilər.
http://www.acibademlabvital.com.tr/en/
2009-cu ildə, Acıbadem Healthcare Group Acıbadem keyfiyyəti ilə qida nəzarəti və xidmətlərini təmin etmək məqsədilə Acıbadem Labvital Qida Nəzarəti Laboratoriyasını təsis etmişdir. Onun məqsədi dəqiq və keyfiyyətli xidməti təmin etmək, yeni analizlərin icrasını həyata keçirmək, elmi inkişaf və təkmilləşdirmələrlə ayaqlaşmaq və təsdiqlənmiş beynəlxalq şəhadətnamələrlə təmin edilən keyfiyyət və tamlıqla büten yerli və xarici şəxslər və təşkilatlar üçün nümunəvi xidmət və güvənlik aşılamaqdır.
ACIBADEM Kök hüceyrə və göbək bağı qan bankı Acıbadem Health Group-un perspektivli müalicə metodları üzrə araşdırmalar apardığı və cari tətbiqləri sınaqdan keçirdikləri və işləyib hazırladıqları saxlama və hasilat laboratoriyasıdır. Laboratoriya canlı olması təsdiq edilən bütün toxumaların elmi məlumatlarla birlikdə saxlana biləcəyi və GMP normalarına (Mal istehsal təcrübəsi) uyğun qaydada bütün terapevtik hüceyrə proseslərinin həyata keçirildiyi infrastruktura malikdir. Göbək bağı Qan bankı hüceyrə və toxumaların saxlanılması (bankı) tətbiqinin ən mükəmməl nümunəsidir.
http://www.acibademtechnology.com/
Acıbadem Technology Acıbadem Healthcare Group-un bir hissəsi kimi illərlə toplanan təcrübə və ekspertiza imkanı ilə 2015-ci ildə fəaliyyətə başlayan texnologiya şirkətidir. Acıbadem Technology həm Türkiyə daxilində və həm də xaricdəki bazarlara öz xidmətləri, təcrübələri və məhsullarını təklif edir. Acıbadem Technology tərəfindən təmin edilən əsas məhsullara Cerebral Plus (Xəstəxana İnformasiya Sistemi), Astore (Dərman və tibbi istehlakların idarəetmə sistemi), Lab Assistant (Laboratoriya İnformasiya Sistemi), Acıbadem Online (Xəstə Portalı) daxildir.
Acıbadem Technology həmçinin İT layihə idarəçiliyi, Proqram təminatı və İnfrastruktur Konsultasiya və peşəkar heyətin yaradılması xidmətini təmin edir. Acıbadem Technology, xidmət və məhsul təminatçısı kimi ümumilikdə 21 xəstəxana, 16 ambulator klinika, əlaqəli şirkətlər və universiteti (Acıbadem Universiteti) ilə Türkiyənin 10 müxtəlif şəhərləri və digər ölkələrdə təklif edir.
“Xəstəxana tibbi xidmətlərin təmin edildiyi mehmanxanadır” prinsipi əsasında təsis olunmuş APlus bir dam altında iaşə, gigiyena, daşıma və tibbi təşkilatların oxşar xidmətlərini özündə birləşdirir. APlus “cook&chill” kütləvi qida istehsalı sənayesinin ilk icraçılarından biri kimi tanınır. Cari kütləsi istehsal şərtlərindən üstün təhlükəsizlik səviyyəsini təklif edən “cook&chill” bişirmə metodu 0-4 dərəcə selsi temperaturda sürətlə soyudulan (90-120 dəqiqə ərzində) və Avropa Qastronom texnikasından istifadə etməklə qeyd edilən temperaturda saxlanılan və xidmət obyektində birinci və sonuncu dəfə qızdırılan qidalara əsaslanır.
Türkiyədə ən böyük çamaşırxanalardan birinin sahibi olan APlus gündəlik olaraq 15.000 kq həcmdə gigiyenik təmizlik, standart təmizlik və quru təmizləmə xidmətlərini təklif edir. Türkiyənin yeganə gigiyenik çamaşırxana fabriki olan obyektdə həm ütüləyə və həm də qatlaya bilən “Flatwork ironer” qurğusu ilə saatda 600 kq çamaşır ütülənir, qatlanır və yığılır.
Aİ-də tibb sənayesində icra olunan “Healthguard” sistemi ilə işləyərək, APlus tam təmizlik və dizinfeksiya xidmətlərini təklif edir. Sistem xəstəxanalar və tibb təşkilatları üçün işlənib hazırlanmışdır və çapraz-çirklənmə riskini minimuma endirir.
https://www.acibademmobil.com.tr/home-care/
Acıbadem Mobile 2008-ci ilin iyul ayında Acıbadem Healthcare Group-un törəmə müəssisəsi olaraq təsis olunmuşdur. Acıbadem üçün bütün təcili yardım əməliyyatlarını idarə etməklə yanaşı, Acıbadem Mobile 2009-cu ildə Evdə qulluq lisenziyası və 2012-ci ildə Peşə təhlükəsizliyi və Sağlamlıq lisenziyası əldə etmişdir və onun məqsədi xəstəxanada yatırılma və çıxarılma müddətlərində xəstələrə tibbi yardım təmin etmək imkanlarını təkmilləşdirməkdir.Bugün, Acıbadem Mobile həm Acıbadem və qeyri-Acıbadem xəstələri üçün quru və hava təcili tibbi yardım xidmətləri və evdə qulluq xidmətlərini təmin edir. Acıbadem Mobile həmçinin Qaynar xətt (Helpline), tibbi təlimat, 7/24 təcili tibbi yardım, Qan nümunəsinin götürülməsi, peşəkar həkim və ya tibbi bacı və digər əməkdaşlar üçün mənfəət proqramlarını təmin etməklə korporativ şirkətləri üçün 150-dən artıq layihələri idarə etməkdədir.